|
“Qarabağ - Azərbaycan Mədəniyyətinin Ürəyi” adlı beynəlxalq müsabiqə bu gün başlayırİslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Bakıda yerləşən Avrasiya üzrə Regional Mərkəzi bugün “Qarabağ - Azərbaycan Mədəniyyətinin Ürəyi” adlı beynəlxalq layihəyə start verir. ahlibeyt.az-ın İslam.az-a istinadən məlumatına görə, layihə “Qarabağ Azərbaycandır!” şüarı çərçivəsində Regional Mərkəzin fəaliyyətləri ilə bağlı Mərkəzin beynəlxalq İdarə heyətinin iyul ayında qəbul etdiyi qərara uyğun olaraq Regional Mərkəzin növbəti fəaliyyəti olaraq həyata keçirilir. Layihənin məqsədi erməni işğalından azad edilmiş Qarabağın Azərbaycan mədəniyyəti və tarixinin ayrılmaz parçası olması ilə bağlı beynəlxalq maarifləndirmə işinin aparılmasıdır. Azərbaycan Gəncləri Günü münasibətilə ilk mərhələsi bu gün (2 fevral, Bakı vaxtı ilə 15:00) keçiriləcək müsabiqə ümumilikdə 5 həftə davam edəcək və hər mərhələdə Azərbaycanın Qarabağdakı mədəni-tarixi irsi ilə bağlı intellektual suallar onlayn qaydada xarici gənclərə təqdim ediləcəkdir. Cavabların düzgünlüyü, əhatəliliyi və cavablandırma tezliyi kriteriyaları üzrə layihənin münsiflər heyəti hər həftə üç qalib müəyyənləşdirəcək və qaliblər xüsusi hədiyyələrlə (elektron cihazlar) mükafatlandırılacaqlar. Müsabiqənin sonunda beş həftə ərzində biliyi, intellekti və marağı ilə fərqlənən beş qalib təşkilatçılar tərəfindən müəyyən ediləcək zamanda Azərbaycanın Qarabağ bölgəsinə səyahət etmək imkanı əldə edəcəkdir. Qeyd edək ki, müsabiqədə 18-35 yaş arasında Azərbaycan vətəndaşı olmayan gənclər iştirak edə bilərlər. Layihə haqqında ətraflı məlumat: https://icyf-erc.org/announcements/karabakh-cultural-heartland-of-azerbaijan/ keçidi vasitəsilə əldə edilə bilər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Fevral, 2021 12:23 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |