|
|
“İrs dəqiqələri” adlı qısa videolar müsabiqəsi elan olunubGənc videoqraflar üçün “İrs dəqiqələri” adlı qısa videolar müsabiqəsi elan olunub. Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, namizədlər İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan dövlətlərdən və ya müsəlmanların azlıqda yaşadığı ölkənin sakini olmalıdır. Müsabiqənin mövzusu islam memarlığıdır. Video İslam Əməkdaşlıq Təşkilatının rəsmi dillərindən (ərəb, ingilis, yaxud fransız) birində hazırlanmalıdır. İngiliscə altyazı mütləqdir. Müraciətlər müsabiqənin konsepsiyasına, İslam irsinin roluna və onun qlobal mədəniyyətə və sivilizasiyaya verdiyi töhfələrə uyğun olmalıdır. Yekun nəticə tam elan olunana qədər təqdimatlar digər müsabiqə və ya qurumlarla paylaşıla, onlara təqdim edilə bilməz. Birinci yerin qalibinə pul mükafatı veriləcək. Qaliblərə “Aljazeera Media Network” və “TRT World” tərəfindən staj keçmək imkanı yaradılacaq. Müraciət etmək üçün bu linkdən istifadə etmək olar.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Yanvar, 2021 14:54 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
9 Dekabr, 2025 10:56
27 Sentyabr, 2025 11:10
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |