|
Prezident: “Ermənistanın xarici işlər naziri, sən kimsən ki, oraya gedirsən? Oxşar addım təkrarlanarsa, cavabımız çox sərt olacaq”“Mənə məlumat verildi ki, Ermənistanın xarici işlər naziri Xankəndiyə gedib. Sənin orada nə işin var? Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, dəmir yumruq yerindədir”. Ahlibeyt.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə deyib. Dövlət başçısı bildirib ki, bu səfərlərə son qoyulmalıdır: “Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq. İndi münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılır. Rusiya öz vasitəçilik imkanlarını tərəflərə təqdim edib. Bu yaxınlarda Ermənistana və Azərbaycana səfər etmiş Rusiya hökumət nümayəndələrindən ibarət heyət əsasən bu mövzular haqqında söhbətlər aparmışdır. Yaxşı, əgər münasibətlər normallaşacaqsa, o zaman belə təxribat xarakterli “səfərlərə” nə ehtiyac var? Nəyi göstərmək istəyirlər? Yenəmi bizi qıcıqlandırmaq istəyirlər? Unutmasınlar ki, onlara çox baha başa gəldi bu tipli addımlar. Ona görə bütün səfərlərə son qoyulmalıdır. Heç bir xarici vətəndaş bizim icazəmiz olmadan o əraziyə gedə bilməz. Heç bir beynəlxalq təşkilat, - ancaq Qırmızı Xaç istisna olmaqla, - oraya gedə bilməz. Bu, bizim ərazimizdir. Bütün dünya bu ərazini Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistanın xarici işlər naziri, sən kimsən ki, oraya gedirsən? Xəbərdarlıq edirik. Əgər buna oxşar addım təkrarlanarsa, bizim cavabımız çox sərt olacaq. Elə birinci dəfə biz Xarici İşlər Nazirliyi vasitəsilə onlara xəbərdarlıq etdik. Ondan sonra xəbərdarlıq başqa cür veriləcək. Onların ayağı oradan kəsilməlidir. Otursun öz ölkəsində”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Yanvar, 2021 12:38 ⁄ Çap
Bu bölmədə30 Dekabr, 2020 Azərbaycanda 5 günlük tətil başlayır14 Dekabr, 2020 Mərkəzi Qan Bankından vətəndaşlara müraciət10 Dekabr, 2020 “Bakıdakı hərbi paradda iştirak edən Ordularımızın əsgərlərini qürurla salamlayırıq” - VİDEO9 Dekabr, 2020 Həsən Ruhani İranın Qarabağda azad edilən ərazilərdə yenidənqurma işlərinə qatılmağa hazır olduğunu bildirib9 Dekabr, 2020 DTX rəisi Qarabağda Rüstəm Muradovla görüşüb - Foto |
Xəbər lenti
15 Yanvar, 2021 11:54
15 Yanvar, 2021 10:33
14 Yanvar, 2021 13:20
14 Yanvar, 2021 11:14
14 Yanvar, 2021 10:26
14 Yanvar, 2021 10:00
13 Yanvar, 2021 17:46
13 Yanvar, 2021 11:48
13 Yanvar, 2021 11:06
13 Yanvar, 2021 10:00
|
© 2021 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! CMS Danneo |
© Saytı düzəldib: 313wb.com |