|
|
Bakı Media Mərkəzi “Hər şey yaxşı olacaq!” adlı videoçarx hazırlayıb (VİDEO)Bakı Media Mərkəzi 2020-ci ilin yekunlarına həsr olunan “Hər şey yaxşı olacaq!” adlı təsirli videoçarx hazırlayıb. Baş verən hadisələrinə görə həm dünya , həm də Azərbaycan üçün “Əsrə bərabər il” sayıla biləcək 2020-ci il xalqımız üçün milli birlik, Böyük Qələbənin qazanıldığı , Qarabağ həsrətinin bitdiyi il oldu. Bu ilə öz damğasını vuran, dünyanı bürüyən pandemiya da Azərbaycandan yan keçmədi. Ölkəmiz bu gözəgörünməz düşmənlə də mübarizə apardı. Öz vətəndaşlarını virusdan, onun vura biləcəyi zərərdən maksimum qorumağa çalışdı.
Ahlibeyt.az-ın xəbərinə görə, Mərkəzdən Trend-ə verilən məlumata əsasən, 2020-ci ildə biz gücümüzə, qayğıya, yardımsevərliyə, dostluğa, doğruya və ədalətə inandıq. Məhz bu inam bizi zəfərlərə aparan işıqlı yol oldu. İndi də inanırıq və əminik ki, sonda mütləq hər şey yaxşı olacaq! Bakı Media Mərkəzi olaraq, Xalqımıza milli qürur və şərəf hissini, qələbə sevincini yaşadan, üçrəngli bayrağımızı işğaldan azad olunmuş torpaqlarımızda, Qarabağın tacı olan müqəddəs Şuşada dalğalandıran Ali Baş Komandanımıza və onun rəhbərlik etdiyi Rəşadətli Ordumuza dərin minnətdarlığımızı bildiririk. Şəhidlərimizin ölməz ruhu qarşısında baş əyərək onlara Allahdan rəhmət diləyir, yaralı hərbçilərimizin tezliklə şəfa tapmasını arzulayırıq. Yeni ildə də həmrəy olaq və 2021-ci il bizə qələbələr, gözəl, sevincli günlər bəxş etsin. Videoçarxı diqqətinizə çatdırırıq:
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Dekabr, 2020 10:00 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |