|
Deputat: “Nümayişkaranə şəkildə şərab içmək, siqaret çəkmək, gənclərin əxlaqına təsir edəcək hərəkətlər etmək gender bərabərliyi sayıla bilməz”“Bizim tariximizdə qadınların rolu böyük olub. Eləcə də Azərbaycan dünyada qadına seçki hüququ verən ilk dövlətlərdəndir. Azərbaycanda qadınlar ən yüksək dövlət vəzifələrində çalışırlar. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadır. Parlamentin spikeri hörmətli Sahibə xanımdır. Dövlət komitələrində, nazirliklərdə xanımlar çalışır və çox böyük uğurlar var”. Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib. Deputat bildirib ki, lakin bəzi qruplar, özlərini qadın təşkilatı sayanlar gender bərabərliyi, qadın hüquqları ilə sui-istifadəni səhv salır: “Hesab edirəm ki, bu, bilərəkdən edilir. Bəziləri bilərəkdən bundan sui-istifadəyə çalışırlar. Adi zorakılığı belə qadın hüquqlarının pozulması kimi qələmə verirlər. Məişət problemlərini gender bərabərliyi kimi qələmə vermək doğru deyil. Hər bir kəsin - istər qadın olsun, istər kişi - hüququ pozula bilir və bilər. Etik davranış prinsiplərini pozanlar olursa, ailə institutumuza zərərli vərdişləri gətirmək istəyənlərə qarşı hər hansı davranış olursa, bu gender bərabərliyinə qarşı olmaq deyil. Çünki bəzi feminist qadınlar bu prinsipləri pozmağa çalışır. İstər kişi, istər qadın olsun, nümayişkaranə şəkildə şərab içmək, siqaret çəkmək, bizim mədəniyyətimizin əksinə olan müxtəlif formalarda şəkillərlə sosial şəbəkələri bəzəmək, istirahət məkanlarında gənclərimizin əxlaqına təsir edəcək hərəkətlər etmək gender bərabərliyi sayıla bilməz. Ailə hakimiyyətinin əsaslarını sarsıdan hərəkətlər gender bərabərliyə daxil edilə bilməz”. Deputat qeyd edib ki, həmin tip feminist qadınlar isə bütün bu kimi dəyərləri heçə endirmək, öz aləmlərində yenilik gətirmək istəyirlər: “Avropada təhsil almaqla deyil. Bəzən qadınlar hesab edir ki, Avropa düşüncəsinin daşıyıcısıdır və ona görə də orada nə gördünsə, Azərbaycanda da onu təqlid etmək olar. Bunlar yolverilməzdir. Gender bərabərliyi əxlaqsızlığın təbliği deyil. Yəni gender bərabərliyi ilə əxlaqsızlıq bir tutula bilməz. Gender bərabərliyindən, qadın hüquqlarından sui-istifadə edib əxlaqsızlığı cəmiyyətə bulaşdırmaq olmaz. Gender bərabərliyi cəmiyyətin inkişafında qadınların məsuliyyətinin artırılmasıdır. Təəssüf ki, bəzi feminist qadınlar elə hesab edir ki, bərabərlik məsuliyyətsizlik, kişinin üzərində hökmranlıq etməkdir. Xeyr, tam əksidir. Cəmiyyətin, onun kiçik bir subyekti olan ailənin inkişafı, müasir bilik və tələblərə uyğunlaşmasında məsuliyyəti daşımaqdır”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Dekabr, 2020 12:45 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |