|
“YAŞAT” Fondunun işinin təşkili “ASAN xidmət”də çalışan şəhid ailələrinin üzvləri və qazilərə həvalə olunubAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir. Ahlibeyt.az-ın Asanradio.az-a istinadən xəbərinə görə, Fondun fəaliyyətinin təşkili ilə bağlı Tədbirlər Planı təsdiq edilib, müvafiq icra qrupu müəyyən edilib: - Azərbaycan Beynəlxalq Bankında Azərbaycan manatı və 5 xarici valyutada (ABŞ dolları, rubl, lirə, avro, funt sterlinq ) Fonda hesablar açılıb. Bütün şəhid ailələrinin yaşadıqları ünvanlar müəyyənləşdirilib, yaralananlarla bağlı siyahılar üzrə işlər isə yaxın günlərdə tam yekunlaşacaq. - Vətən müharibəsində şəhid olmuş və yaralanmış şəxslərin ailələlərinə baş çəkmək üçün “ASAN xidmət” əməkdaşlarından və könüllülərindən ibarət bütün rayonları əhatə edən 69 qrup formalaşdırılıb və onlar müvafiq təlimlərə cəlb edilərək ünvanlara baş çəkməyə başlayıblar. Həmçinin qruplar planşetlərlə təmin olunub və bütün zəruri ehtiyaclar elektron qaydada qeydə alınır. Bu kateqoriyadan olan 1500-dən çox ailəyə baş çəkilib, zəruri ehtiyacları müəyyən edilib və ilkin yardımlara başlanılıb. - Şəhid və yaralıların ailələrinə baş çəkilməsi zamanı dəqiqləşdiriləcək informasiyalardan ibarət vahid anket forması hazırlanıb. - Fondun sosial şəbəkələrdə rəsmi səhifələri yaradılıb. - İnternet portalının yaradılması prosesi sürətlə davam etdirilir. Portalda ianə edənlərin və yardım olunan şəxslərin şəxsi kabineti olacaq. Hər bir yardım barədə foto və videomateriallar portalda yerləşdiriləcək. - “YAŞAT” Fondunun işinin təşkili “ASAN xidmət”də çalışan şəhid ailələrinin üzvləri və qazilərə həvalə olunub. "YAŞAT" Fondunun bank rekvizitləri ilə http://vxsida.az/az/annouces/1493 keçidi vasitəsilə tanış olmaq olar.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Dekabr, 2020 10:32 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |