|
“Xarıbülbül aksiyası” xeyriyyə layihəsi keçirilirDekabrın 30-31-də “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin təşkilatçılığı ilə I və II Qarabağ müharibəsində şəhid olanların xatirəsinə və Vətən müharibəsində qazanılan Qələbəyə həsr olunan əfsanəvi “Xarıbülbül aksiyası” yaradıcılıq müsabiqəsinin qaliblərinin təltifetmə mərasimi keçiriləcək. Ahlibeyt.az-ın xəbərinə görə, Mərkəzin məlumatında bildirilir ki, dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Günündə keçiriləcək Qarabağ həsrətinin simvolu olan xarıbülbülə həsr olunan yaradıcılıq müsabiqəsinin təltifetmə mərasimi və beynəlxalq onlayn auksion təşkil olunacaq. Auksionda xalq tətbiqi sənəti ilə məşğul olan ustalar, həvəskar iştirakçılar və rəssamlar tərəfindən müsabiqəyə və auksiona təqdim olunmuş rəsm əsərləri, kitablar, xarıbülbül təsvir olunmuş aksesuarlar, xarıbülbül çiçəyi formasında qeyri adi hazırlanma üsulunda olan döş nişanı-sancaq modelləri, milli suvenirlər və s. xeyriyyə məqsədilə satışa çıxarılacaq. Həmçinin “I love Baku”, “Minalı”, “Resm Jewelry” təşkilatları аuksionun fəal iştirakçılarıdır. Auksionda satışdan əldə olunan məbləğ “EkoSfera” Sosial-Ekoloji Mərkəzi tərəfindən tam şəkildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) köçürüləcək. Qeyd edək ki, keçiriləcək müsabiqənin məqsədi Anım gününün simvolu olan Xarı bülbül gülünün bundan sonra döş nişanı-sancağının və aksesuarlarının xüsusilə əlamətdar tarixlər olan 27 sentyabr, 8 noyabr, həmçinin 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günündə taxılmasının ənənə halını almasından və bütün dünyaya Azərbaycan xalqının birliyini nümayiş etdirməkdən ibarətdir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Dekabr, 2020 10:00 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |