|
Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bərabər 12 hərbi əsir azad edilərək Vətənə gətirilib - SİYAHIErməni əsirliyindən və girovluğundan azad edilərək dekabrın 14-də Vətənə gətirilən şəxslərin kimliyi açıqlanıb. Ahlibeyt.az-ın məlumatına görə, dünən ümumilikdə 14 nəfər əsir və girovluqdan azad edilib. Bunlar 2014-cü ildən girovluqda olan Əsgərov Dilgəm Qardaşxan oğlu və Quliyev Şahbaz Cəlal oğludur. Onlardan başqa, sentyabrın 27-də başlayan Vətən müharibəsində əsir düşmüş 12 hərbçi də azad edilərək ölkəyə gətirilib. Əsirlikdən azad edilənlər bunlardır: 1. Yolçuyev Nurəddin Bəxtiyar oğlu - 14.10.1988 2. Baxşəliyev Emin Zahir oğlu - 22.01.1988 3. Abdinov Yəhya Vüqar oğlu - 30.12.1999 4. Əlizadə Nurlan Mehman oğlu - 02.01.1992 5. Həmidov Nahid Yaşar oğlu - 05.01.1992 6. Əliyev Şərif Elsevər oğlu - 20.12.1995 7. Ələkbərov Ömər Teymur oğlu - 11.01.1985 8. Əliyev Anar Hidayət oğlu - 28.06.1992 9. Əhmədzadə Mobil İlqar oğlu - 22.04.1999 10. Vəliyev Vəliəhəd Şakir oğlu - 05.03.1998 11. Kərimov Bayram Yaşar oğlu - 03 02.1992 12. Musayev Amin Alim oğlu - 04.07.1994 Öz növbəsində Azərbaycan tərəfi 44 nəfər hərbi əsiri Ermənistan tərəfə qaytarıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Dekabr, 2020 11:45 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |
|