|
|
Bir qrup xarici media nümayəndəsi Qarabağa gedibBeynəlxalq jurnalist təşkilatı "Global Journalism Council"un təşkilatçılığı ilə bir qrup xarici jurnalist Azərbaycana gəlib. Ahlibeyt.az Report-a istinadən xəbər verir ki, nümayəndə heyətinin tərkibinə Shinji Hashimoto (Kyodo- Japan), Aziz Gürpınar (Kyodo News), Piotr Patryk (The Economist, USA), Jordi Banos (La Vanguardia-Spain), Filippo Cicciu (RSI Switzerland), Albert Naya (CNN İspanyolca), Paul Osterlund (Foreign Policy -USA), Ilya Topper (EFE, Spain), Kahraman Haliscelik (KGK) daxildir.
Belə ki, xarici jurnalistlər işğaldan azad edilmiş bölgələrdə erməni vandallarının törətdikləri ağlasılmaz vəhşiliklə yerində tanış olacaqlar. Səfərdə məqsəd erməni vəhşiliyinin dünyaya çatdırılmasıdır. Global Journalism Council-un beynəlxalq məsələlər üzrə rəhbəri Elşad Eyvazlı bildirib ki, artıq bu gün heyət Qarabağ bölgəsinə yola düşüb: “İlin sonunadək daha bir qrup əcnəbi jurnalistlərin Azərbaycana səfərini təşkil edəcəyik. Azad edilmiş rayonlarımızın hər qarışında erməni vəhşiliyi var. Bu, dağıdılmış evlər, məhv edilmiş tarixi, dini, mədəni abidələr, viran qoyulmuş təbiətlə özünü göstərir. Əcnəbi jurnalistlərin vasitəsilə bu vəhşilikləri gücümüz qədər bütün dünyaya göstərməliyik”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Dekabr, 2020 11:01 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |