|
|
“Şərq tibb tarixinə bir nəzər” kitabı çapdan çıxıbMəhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Kitabxana və elmi informasiya şöbəsinin böyük elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin İrs Komissiyasının sədri Sona Xəyalın (Sonaxanım Hadiyeva) “Şərq tibb tarixinə bir nəzər” kitabı işıq üzü görüb. Ahlibeyt.az-ın xəbərinə görə, Əlyazmalar İnstitutunun məlumatında bildirilir ki, yeni nəşrin redaktoru və ön sözün müəllifi tarix üzrə fəlsəfə doktoru Aynur Hacıqədirli, rəyçiləri tarix üzrə elmlər doktorları Tahirə Həsənzadə və Böyükbəy Qasımovdur. Şərq tibb aləminin bəzi nümayəndələri haqqında maraqlı məlumatların əks olunduğu kitab tibb tarixi ilə bağlı aparılan tədqiqat işinin bir fəsli kimi qələmə alınıb. Azərbaycan, rus, ingilis və ərəb qaynaqlarına, tarixi mənbələrə istinad edilərək yazılan kitabda orta əsrlərin tibb elmində misilsiz xidmətləri olan alimlərin, həkimlərin adları, onların əsərlərinin qısa təsnifatı və izahı verilib. Azərbaycan tibb elminin görkəmli nümayəndələri, alim-təbiblərinin ərsəyə gətirdiyi əsərlər haqqında dəyərli məlumatlar əks olunub. Məlum olduğu kimi, ümumdünya tibb elminin inkişafında Yaxın və Orta Şərqlə Bizans imperiyası arasındakı əlaqələr mühüm rol oynayıb. Bu faktlara əsaslanan müəllif təkcə Şərq dünyasına deyil, dünya tibb tarixinə də nəzər salaraq müqayisəli təhlillər aparıb. Orta əsrlər tibb tarixində Osmanlı imperiyasının həkimləri öz dəstxəti ilə seçiliblər. Müəllif, həmçinin bu istiqamətdə araşdırma apararaq Osmanlı həkimlərinin əsərlərinə retrospektiv nəzər yetirib, o dönəmdə inşa edilmiş şəfa evlərinin-xəstəxanaların fəaliyyəti ilə bağlı diqqətçəkən məlumatları təqdim edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Dekabr, 2020 15:53 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |