إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Həsən Ruhani İranın Qarabağda azad edilən ərazilərdə yenidənqurma işlərinə qatılmağa hazır olduğunu bildirib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İrana rəsmi səfəri çərçivəsində bu gün Tehranda prezident Həsən Ruhani ilə görüşüb.

Tərəflər qarşılıqlı əlaqələri və bir sıra region məsələlərini müzakirə ediblər.

“İki ölkənin qonşu olmasını və İrandakı imkanları nəzərə alaraq, biz Qarabağın azad edilmiş bölgələrində və müharibədən dolayı dağıntılara məruz qalan ərazilərdə yenidənqurma işlərinə qatılmağa hazırıq. Bu iki ölkənin xeyrinədir.”

Ahlibeyt.az-ın məlumatına görə, SalamNews İRNA-a istinadla xəbər verir ki, bunu İranın prezidenti Həsən Ruhani Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edərkən deyib.

İşğal edilmiş ərazilərin azad edilməsi və müharibənin bitməsindən məmnun olduğunu deyən Həsən Ruhani vurğulayıb ki, ölkəsi azad edilən ərazilərdə yenidənqurma işlərinə qatılmağa hazırdır.

1

Həsən Ruhani bildirib ki, azad edilmiş ərazilərdə yenidənqurma işləri üçün İranın yaxşı imkanları var və bu addım hər iki ölkənin xeyrinədir.

Azərbaycanın ərazi bütövlüyü məsələsinin daima İran tərəfindən dəstəkləndiyini bildirən Həsən Ruhani qarşılıqlı əlaqələrin daha da genişlənməsinin tərəfdarı olduğunu deyib və əlavə edib ki, sanksiyalar dövrünün bitməsilə bu əlaqələrin potensialı daha da artacaq.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da öz növbəsində İranın, Azırbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyə görə təşəkkürünü bildirib və azad edilən 132 km-lik sərhədin dostluq və əməkdaşlıq sərhədi olduğunu qeyd edib.

Ceyhun Bayramov həmçinin İranın nüvə alimi Möhsün Fəxrizadəyə qarşı terrorun Azərbaycan Respublikası tərəfindən pislənildiyi və məhkum edildiyini vurğulayıb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tehrana səfəri çərçivəsində iranlı həmkarı Cavad Zəriflə də görüşüb.

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Dekabr, 2020  15:14 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!