|
|
Yevlax-Xankəndi xəttinin Bərdə-Ağdam hissəsinin yenidən qurulması işlərinə başlayıb"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Yevlax-Xankəndi xəttinin Bərdə-Ağdam hissəsinin yenidən qurulması işlərinə başlayıb. Ahlibeyt.az-ın xəbərinə görə, ADY-dən mətbuata verilən açıqlanmaya əsasən, Ermənistanın uzun müddət işğal altında saxladığı əsas dəmiryolu xətlərinin (baş yolların) ümumi uzunluğu 240,4 km olub. İşğala son qoyulduqdan sonra digər qurumlar kimi "Azərbaycan Dəmir Yolları"nın müvafiq strukturları tərəfindən mənfur düşmənin dəmir yollarına vurduğu ziyanın həcmi hesablanır. Dəmir yollarının bərpa edilməsi üçün müvafiq təkliflər hazırlanır. "O cümlədən, ümumi uzunluğu 104 km olan Yevlax-Xankəndi xəttinin Bərdə-Ağdam hissəsinin yenidən qurulması işlərinə başlanılıb", - ADY-dən bildirilib. Qeyd edək ki, noyabrın 24-də Prezident İlham Əliyev Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Ümumi uzunluğu 45 km olan Bərdə-Ağdam dəmiryol xəttinin layihələndirilməsi və tikintisi üçün dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ADY-yə ilkin olaraq 5 mln. manat ayrılacaq.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Dekabr, 2020 13:17 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |