|
|
İranın Azərbaycandakı səfiri Naxçıvana səfər edibDekabrın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşüb. Ahlibeyt.az Ntv-az-a istinadən xəbər verir ki, qonağı salamlayan Ali Məclisin sədri Seyid Abbas Musəvini ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib. Ali Məclisin sədri Azərbaycan-İran əlaqələrindən, eləcə də Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasındakı əməkdaşlıqdan bəhs edib, ikitərəfli münasibətlərin perspektivlərini diqqətə çatdırıb. Seyid Abbas Musəvi Ali Məclisin sədri ilə görüşdən və Naxçıvana səfərindən böyük məmnunluq duyduğunu bildirib. Azərbaycan Respublikasının şanlı qələbəsi münasibətilə Ali Məclisin sədrinə təbriklərini çatdıran səfir İranın Azərbaycana dəstək verdiyini və xalqımızın sevincinə şərik olduğunu vurğulayıb. Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Seyid Əhməd Hüseyni görüşdə iştirak edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Dekabr, 2020 10:12 ⁄ Çap
Bu bölmədə20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür |
Xəbər lenti
18 Fevral, 2026 19:17
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |