|
|
Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına Xankəndi şəhəri, Şuşa, Xocavənd, Xocalı rayonları da daxil edilib
"Bizim bəzi rayonlarımız işğal altında olsa da, rayonların məhkəmələri fəaliyyətini davam etdirirdi. Bu rayonların məhkəmələrin işlərinin əlaqələndirilməsi, koordinasiya edilməsi, vətəndaşların Ədliyyə orqanlarına çıxış imkanın asanlaşdırılması, onlara hüquqi xidmət göstərilməsi məqsədilə Qarabağ Regional Ədliyyə İdarəsi yaradılıb”. Ahlibeyt.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin rəis müavini Sübhi Kazımov deyib. O bildirib ki, işğaldan azad edilən rayonların komendantları ilə artıq əlaqə saxlanılıb: “Onlarla çox sıx əməkdaşlıq edəcəyik. Biz ora səfərlərimizlə bağlı komendantlarla danışıqlar aparırıq”. Rəis müavini qeyd edib ki, Ədliyyə Nazirliyinin Qarabağ Regional Ədliyyə İdarəsinin kadrlarla komplektləşdirilməsi işlərinə başlanılıb. Çalışırıq ki, oradakı müvafiq qurumlarımızı təcrübəli əməkdaşlarla komplektləşdirək: “Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına Xankəndi şəhəri, Şuşa, Zəngilan, Xocavənd, Xocalı, Qubadlı, Laçın, Ağdam, Cəbrayıl, Füzuli və Kəlbəcər rayonları daxildir”. Sübhi Kazımovun açıqlamasına görə, idarənin bütün strukturlar üzrə fəaliyyətinin təşkili üçün zəruri addımlar atılır: “Hazırda bizim üzərimizdə duran əsas məsələ işğaldan azad edilən torpaqlarımızda ədliyyə qurumlarının işinin komplektləşməsidir. Biz artıq tədbirlər planı müəyyənləşdiririk. Plana uyğun olaraq işimizi qurmuşuq və davam etdiririk”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Dekabr, 2020 13:25 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |