|
Milli Məclisdə Fransa Senatının Azərbaycanla bağlı qərəzli qətnaməsinə etiraz bəyanatı qəbul edildiMilli Məclis noyabrın 25-də Fransa senatının Fransa hökumətini qondarma “Dağlıq Qarabağ Respublikası"nı tanımağa çağıran məsləhət xarakterli qəbul etdiyi qətnaməsi ilə bağlı bəyanat yayıb. Ahlibeyt.az Salamnews-a istinadən xəbər verir ki, bəyanatı deputat Cavanşir Feyziyev təqdim edib. Bəyanatda deyilir ki, işğal edilmiş Azərbaycanın ərazilərində qeyri-qanuni yaradılan oyuncaq qurumun mövcudluğuna noyabrın 10-da son qoyulub: "Fransa Senatının qətanaməsində Azərbaycan tərəfindən Ermənistana qarşı Türkiyə Silahlı Qüvvələrinin iştirak etməsinə dair əsassız və saxta iddialar irəli sürülüb. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyub, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və Fransanın özünün dəstəklədiyi və digər mötəbər qurumların qəbul etdiyi qərarları təmin edib". Bəyanatda ölkə parlamenti tərəfindən aşağıdakı məsələlərlə bağlı Azərbaycan hökumətinə çağırış edilib. 1.Fransanın ATƏT-in Minsk Qrupundan çıxarılması üçün təşkilat rəhbərliyinə müraciət edilsin. 2.Azərbaycanla Fransa arasında siyasi münasibətlərə yenidən baxılsın. 3.İqtisadi əlaqələr yenidən təhlil edilərək müvafiq tədbirlər görülsün. Qeyd edək ki, bəyanatın tam mətni mətbuata təqdim olunacaq.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Noyabr, 2020 13:00 ⁄ Çap
Bu bölmədə15 Yanvar, 2021 Prezident İlham Əliyev Füzuli hava limanının təməlini qoyub, Şuşa şəhərində səfərdə olub (Video - Foto)15 Yanvar, 2021 XİN: Ermənistanın dövlət rəsmilərinin Azərbaycanın ərazilərinə qanunsuz səfərləri qəbuledilməzdir14 Yanvar, 2021 “İrs dəqiqələri” adlı qısa videolar müsabiqəsi elan olunub13 Yanvar, 2021 Beşbarmaq abidələri – tarixi irsimizin daş yaddaşı (FOTO) |
Xəbər lenti
15 Yanvar, 2021 11:54
15 Yanvar, 2021 10:33
14 Yanvar, 2021 13:20
14 Yanvar, 2021 11:14
14 Yanvar, 2021 10:26
14 Yanvar, 2021 10:00
13 Yanvar, 2021 17:46
13 Yanvar, 2021 11:48
13 Yanvar, 2021 11:06
13 Yanvar, 2021 10:00
|
© 2021 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! CMS Danneo |
© Saytı düzəldib: 313wb.com |