إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Ağdamda tarixi “Şahbulaq” qalasına Azərbaycan bayrağı sancıldı - VİDEO

İşğal dövründə ermənilərin “Surenavan” adlandırdıqları Qarabağın tarixi “Şahbulaq” qalası artıq azaddır.

Ahlibeyt.az-ın məlumatın görə, 27 il sonra Ağdam rayonundakı tarixi "Şahbulaq" qalasına Azərbaycan bayrağı sancılıb.

Ağdamda salamat qalan yeganə tikili Qarabağ xanlığının Şuşadan öncəki paytaxtı olan və Böyük İpək Yolu üzərindəki stretji yerlərdən biri, Ağdamın 5-6 kilometrliyində yerləşən tarixi "Şahbulaq" qalası olub. XVIII əsrə aid olan qala Ağdamın tarixi nümünələrindən biridir.

Şahbulaq qalası 20 noyabr 1751-ci il - 7 noyabr 1752-ci il tarixləri arasında Qarabağ xanı Pənahəli xan tərəfindən inşa etdirilib.

Bu qala işğal dövründə ermənilər tərəfindən ən çox erməniləşdirilməyə məruz qalan abidələrimizdəndir. İşğal dövründə qalanın divarları üzərindən ornamental oymalar və yazılar silinib, mühafizə divarlarının bayır hissəsi, eləcə də daxili interyerləri sökülərək mişar daşları və erməni xaçları ilə əvəz olunub. Kompleksin içərisində “Tiqranakert” adlı tarix muzey yaradılaraq Qarabağ ərazisində aparılan qeyri – qanuni qazıntılar nəticəsində əldə edilən əşyalar erməni irisi kimi təqdim olunmuşdur. Azərbaycan ordusunun işğaldan azad etdiyi dövrdə bu ekspotantarın kütləvi şəkildə ermənistana daşındığı bildirilir.

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Noyabr, 2020  10:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!