|
|
“Ermənilər Füzulidə mədəni irsi qəsdən məhv edib” - Hikmət Hacıyev"Füzulidə binanın yalnız fasadı qalıb. Azərbaycanın işğal olunmuş Füzuli bölgəsindəki dağıntıların miqyası və böyüklüyü Ermənistanın sivil dünyadan necə uzaq olduğunu göstərir. Bu, torpaq siyasətinə bənzəyir. Vandalizm və barbarlıq". Ahlibeyt.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Twitter"də paylaşım edib. “Bura tropik meşə və ya cəngəllik deyil. Eyni zamanda qiyamət şəhəri deyil. Bura Azərbaycanın Füzuli şəhərinin xarabalıqlarıdır. Yerlə yeksan edilib. Qoy beynəlxalq ictimaiyyət Ermənistanın vandalizmini görsün. Bu mülkiyyətin, mədəni irsin qəsdən məhv və talan edilməsidir. 455-ci ildə Roma şəhəri Vandallar adlanan qəbilələr tərəfindən yandırılaraq talan edildi. Onların nüfuzu bütün tarix boyu məhv etmə - Vandalizm əməlləri ilə sinonim olaraq möhürlənib. Ermənistanın bir vaxtlar çiçəklənən Füzuli şəhərini məhv etdiyini gördükdən sonra vandalizmin yeni sinonimi yaranıb” - deyə, o bildirib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Noyabr, 2020 09:40 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |