|
|
Azərbaycan XİN başçısı İƏT-in Gənclər Forumunun prezidentini qəbul edibAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumunun prezidenti Taha Ayhanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Ahlibeyt.az-ın XİN mətbuat xidmətinə istinadən məlumatına görə, C.Bayramov qarşı tərəfi salamlayaraq ölkəmizin İƏT Gənclər Forumu ilə faydalı əməkdaşlığını məmnunluqla qeyd edib və təşkilatın bu günədək böyük təşəbbüslərə imza atdığını bildirib. Azərbaycan tarixinin şərəfli səhifələrini yaşadığı bir dövrdə İƏT Gənclər Forumunun rəhbərliyinin ölkəmizə etdiyi bu səfərinin dəstəyin göstəricisi olduğu vurğulanıb. Öz növbəsində, Azərbaycanın İƏT Gənclər Forumunun fəaliyyətini bundan sonra da tam şəkildə dəstəkləyəcəyi qeyd olunub. Taha Ayhan Qarabağın sevinc, şərəf və xoşbəxtlik qaynağı olduğunu qeyd edərək hərbi əməliyyatların dayandırılması ilə bağlı bəyanatın imzalanmasını alqışlayıb. Keçirdiyi son görüşlərdə bölgədə yaşanan son gərginlik və Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyi barədə müzakirələrin aparıldığını qeyd edən Taha Ayhan bundan sonra da həqiqətlərin beynəlxalq müstəvidə aşılanması işinin davam etdiriləcəyini bildirib. Görüş zamanı həmçinin təşkilatın Avrasiya üzrə Regional Mərkəzi tərəfindən həyata keçirilən tədbirlər ilə bağlı məlumat verilib. Tərəflər eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Noyabr, 2020 09:51 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |