|
|
Çavuşoğlu: Azərbaycanın işğal altındakı torpaqları azad edilməyənə qədər davamlı atəşkəs ola bilməz“Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik”. Ahlibeyt.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. M. Çavuşoğlu döyüşdə qazanılan uğura görə Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan Ordusunu, qardaş Azərbaycan xalqını təbrik edib. Türkiyə Xarici işlər naziri qeyd edib ki, Azərbaycanın istədiyi 30 il işğal altındakı torpaqlarını geri almaqdır: “Qardaş Azərbaycan işğal altındakı torpaqlarının azad edilməsi üçün hansı çözümə üstünlük verirsə, seçirsə, Azərbaycanın yanındayıq. Azərbaycanın işğal altındakı torpaqları azad edilməyənə qədər davamlı atəşkəs ola bilməz, biz bunu dəfələrlə bildirdik. Azərbaycanın işğal altındakı torpaqlarının qaytarılması üçün son razılaşma ilə bir təqvim müəyyənləşdi. M. Çavuşoğlu deyib ki, anlaşmanın altında Ermənistan baş nazirinin imzası var: “Ermənistan bundan əvvəl 3 dəfə atəşkəsi pozdu, nəticəsini gördü. Yenə pozarlarsa, yenə də ağır nəticəsini görərlər. Bundan əvvəl Azərbaycan çox səbr etdi, bundan sonra seçim Ermənistanındır. Ya könüllü anlaşmaya əməl edərək işğal edilmiş torpaqlardan çıxacaqlar, ya da qəhrəman Azərbaycan Ordusu bu günə qədər olduğu kimi torpaqlarını alacaq. M. Çavuşoğlu deyib ki, atəşkəsə nəzarət üçün yaradılacaq mərkəz razılaşmanın yerinə yetirilməsi yönündə mühüm işlər görəcək: “Mərkəzin iş prinsipini ortaq işçi qrupu müəyyənləşdirəcək. Mərkəz Azərbaycanın müəyyənləşdirdiyi yerdə yerləşəcək. Bu atəşkəsin daimi sülhə vəsilə olmasını istəyərdik”. Türkiyə Xarici işlər naziri qeyd edib ki, əvvəllər atəşkəsi pozan Ermənistanın artıq dərs aldığını düşünür: “Bu prosesin nəticələrindən Ermənistan xalqı da faydalanacaq. Proses Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə nəticələnməlidir. Bölgədəki sabitlikdən Ermənistan da faydalanacaq”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Noyabr, 2020 10:37 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |