|
|
Rusiya sülhməramlıları Dağlıq Qarabağda tapşırıqları yerinə yetirəcək əraziyə yola düşüblərRusiya sülhməramlı hissəsinin hərbi qüvvələri atəşkəsə və Dağlıq Qarabağ münaqişəsi zonasındakı hərbi əməliyyatlara nəzarət etmək üçün tapşırıqları yerinə yetirəcəkləri əraziyə yollanıblar. Ahlibeyt.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi bildirib. “Hərbi kolonlar 250 km-dən çox yol qət etməli və Dağlıq Qarabağdakı təmas xətti boyunca, eləcə də Laçın dəhlizi boyunca Rusiya müşahidə postlarının yaradılması üçün sülhməramlı kontingent yerləşdirməlidir”, - deyə nazirliyin məlumatda qeyd edilir. Qeyd edək ki, artıq 400 dən çox rusiyalı sülhməramlılar Ulyanovs hərbi limanından yola salınıb. Xatırladaq ki, Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanın müqavilənin şərtlərinə görə, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirililməsi nəzərdə tutulub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Noyabr, 2020 09:37 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |