|
|
“Facebook”da Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa olunub"Facebook" səhifələrinin xəritə servisində Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa olunub. Ahlibeyt.az Report-a istinadən xəbər verir ki, bunu texnobloger Fərid Pərdəşunas öz "Facebook" səhifəsində yazıb: "Məsələ ilə bağlı dərhal "Facebook"a yenidən müraciət etdim. Facebook mənə geri dönüş etdi və budur məsələ artıq həllini tapdı. Çox təəssüf ki, bəzi insanlar bunu münaqişə zonası kimi vurğulanmasını normal qəbul edirdi. Lakin beynəlxalq hüquqa əsasən bu xəritə servislərdə qəbul oluna bilməzdi. "Google", "Yandex" və "Bing" kimi servislər də belə şey qeyd etmir və buranın xüsusi vurğulanması "facebook"un Azərbaycanın ərazi bütövlüyü şübhə altına alması mənasına gəlirdi. Bu iş ciddi bir iş idi. "Facebook" birbaşa müdaxilə edib, xəritə kodlarını dəyişməli idi və bu işdə məndən əlavə gizli qəhrəmanların da əməyi böyük oldu." Təəssüf ki, məlum səbəblərdən hər şeyi bölüşə bilmirəm amma əmin olun ki, arxa cəbhədə çox güclü adamlar var. İstənilən cəbhədə ərazi bütövlüyümüzün təmin olunması üçün daim mübarizə aparacağıq", - texnobloger qeyd edib.
![]()
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Noyabr, 2020 14:44 ⁄ Çap
Bu bölmədə20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür |
Xəbər lenti
18 Fevral, 2026 19:17
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |