|
|
Prezident İlham Əliyev Ərdoğana zəng edib: “Qardaş ölkəyə hər cür yardım göstərməyə hazırıq”Oktyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. Ahlibeyt.az-ın məlumatına görə, Dövlətimizin başçısı Türkiyənin Egey bölgəsində baş vermiş zəlzələ ilə əlaqədar xalqımızın üzüntü hissi keçirdiyini vurğulayıb, bu hadisə ilə bağlı “keçmiş olsun” deyib. Prezident İlham Əliyev hər zaman olduğu kimi, bu gün də xalqımızın dost və qardaş Türkiyənin yanında olduğunu qeyd edərək bildirib ki, Azərbaycan qardaş ölkəyə hər cür yardım göstərməyə hazırdır. Prezident Rəcəb Tayyib Ərdoğan telefon zənginə və göstərilən diqqətə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsatnbulda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasındakı çıxışında bu gün İzmirdə baş verən zəlzələdən sonrakı vəziyyəti dəyərləndirərkən bildirib ki, Azərbaycandan Cənab İlham Əliyev qardaşım telefonla zəng edərək zəlzələ ilə əlaqədar hər cür şəkildə Türkiyəyə dəstək verməyə hazır olduqlarını deyib. Xatırladaq ki, son məlumatlara görə,İzmir şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 24 nəfər yaralıların sayı isə 804 nəfərdir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Oktyabr, 2020 09:04 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |