|
İşğal olunmuş ərazilərdə qanunsuz məskunlaşma aparılıb, maddi və mədəni sərvətlər talan edilib“Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə maddi-mədəni irs dağıdılıb”. Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, bunu bu gün Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaqda yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə və digər şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş cinayətlərin istintaqının ilkin nəticələrinə dair brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Xocalı soyqırımını xatırladan H. Hacıyev deyib ki, Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşma aparıb: “Yaxın Şərqdən olan erməni əsilli şəxslər işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırılıb. Bunların hər biri müharibə cinayətləri kimi təsnif edilməlidir”. Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilərdəki mineral yataqlar qanunsuz istismar olunub, digər məqsədlər üçün xərclənib: “Qanunsuz iqtisadi əməllər nəticəsində əldə olunan maliyyə vəsaitlərinin digər ölkələrin bank sistemlərinə daşınması da həyata keçirilib. İşğal olunmuş ərazilərin turizm məqsədi ilə istifadəsi də ayrıca cinayət əməli kimi nəzərdən keçirilməlidir”. H. Hacıyev nəzərə çatdırıb ki, Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxışında işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşmaya toxunub: “Cinayət əməllərində iştirakla bağlı Ermənistan rəhbərliyində olan insanlar məsuliyyət daşıyır. Azərbaycan məsuliyyət daşıyan şəxslərə qarşı fərdi məsuliyyət tədbirlərini davam etdirəcək. Eyni zamanda beynəlxalq platformalarda da bunun qiymətinin verilməsi üçün addımlar atılacaq. Hər bir fakt üzrə Azərbaycanda konkret cinayət işi açlıır”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Oktyabr, 2020 14:51 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |