|
|
Separatçıların lideri: “Azərbaycan ordusu Şuşanın 5 kilometrliyindədir”…Ermənistan Respublikası silahlı qüvvələrinin sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlamış və Azərbaycan ordusu uğurla əzəli torpaqlarımızı düşmən tapdağından azad etməkdədir. Ahlibeyt.az-ın məlumatına görə, Azərbaycanın işğal edilmiş torpaqlarında qurulmuş qondarma Dağlıq Qarabağ rejiminin “prezidenti” 29 oktyabr gecə saatlarında videomüraciət yayaraq Azərbaycan Ordusunun Şuşanın ən uzağı 5 kilometrliyində olduğunu açıqlayıb. Arayik Harutyunyan deyib ki, Azərbaycan ordusu Şuşa istiqamətində çox ciddi qüvvələr cəmləyib. Dağlıq Qarabağdakı separatçıların lideri əvvəlki ritorikasından əl çəkərək məğlubiyyətlərinin qaçılmaz olduğunu etiraf etməyə başlayıb. Qeyd edək ki, Ermənistan rəhbərliyi daha əvvəl erməni silahlı birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qaçmasını "taktiki geriçəkilmə" kimi əsaslandırmışdı.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Oktyabr, 2020 09:21 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |