|
Anar Eyvazov: Azərbaycan Ordusunun qarşısında bir hədəf var...Humanitar atəşkəs rejimini kobudcasına pozaraq şəhər və rayonlarımızda dinc əhalini və mülki infrastrukturu atəşə tutan düşmən bölmələrini Azərbaycan Ordusu cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində gedən döyüşlərdə darmadağın edib. Dəqiq atəş zərbələrinə tab gətirə bilməyən düşmən itki verərək qaçmağa və geriyə çəkilməyə məcbur edilib. Ahlibeyt.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov oktyabrın 29-da Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə deyib. Düşmənin ordu birliklərinin son sutka ərzində itkiləri barədə məlumat verən Anar Eyvazov bildirib ki, döyüş meydanında məhv olan bölmələrinə dəstək üçün gələn iki “Su-25” tipli hücum təyyarəsi hərbi hava hücumundan müdafiə bölmələrimiz tərəfindən havada məhv edilib. Özbaşınalığın hökm sürdüyü Ermənistan ordusunda könüllülər və nizami bölmələrinin şəxsi heyəti arasında açıq qarşıdurmalar, tabesizlik, bir-birilərinə qarşı silah tətbiq etmə, döyüşə girməkdən imtina, əmr olmadan mövqelərdən geri çəkilmə və kütləvi fərarilik halları baş alıb gedir. Təşviş və xaos bürümüş ordusunun uğursuzluğunu gizlətmək məqsədilə feyk foto və videomaterialların, saxta məlumatların da faydasız olduğunu görən Ermənistan rəhbərliyi düşdükləri ağır vəziyyətlə barışmağa məcbur edilir. “Beynəlxalq humanitar hüququn normalarını kobudcasına pozaraq dinc sakinləri və mülki infrastrukturu hədəfə almaqla Ermənistan silahlı qüvvələri müharibə cinayətlərini davam etdirir. Azərbaycan Ordusunun qarşısında bir hədəf var: Mülki insanlara ziyan vurmadan, yalnız legitim hərbi hədəfləri dəqiq atəşlə məhv edərək işğal altında qalan bütün torpaqlarımızın azad olunması. Qələbə bizimlədir”, - deyə Anar Eyvazov vurğulayıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Oktyabr, 2020 19:53 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |