|
BMT Bərdənin yaşayış yerlərinin atəşə tutulmasını qınayıbBMT Dağlıq Qarabağ münaqişəsi zonasında və ondan kənarda yaşayış məntəqələrinin atəşə tutulmasını, o cümlədən də Azərbaycanın Bərdə şəhərinə edilən hücumu qınayır. Ahlibeyt.az Report-a istinadən xəbər verir ki, bu barədə BMT Baş Katibinin mətbuat katibi Stefan Düjarrik Nyu-Yorkda keçirdiyi brifinqdə bildirib. “Çoxsaylı insan ölümünə və xeyli sayda insanın yaralanmasına səbəb olan Bərdə şəhərinə edilən hücum da daxil olmaqla, yaşayış məntəqələrinə edilən bütün hücumları şiddətlə qınayırıq. Bu cür hücumlara heç bir əsas ola bilməz”, - S.Düjarrik deyib. Mətbuat katibi yenidən BMT rəhbərinin münaqişə tərəflərini humanitar məqsədlər üçün atəşkəsə riayət etməyə və mülki şəxslər, mülki infrastrukturu qorumaq üzrə öhdəliklərini yerinə yetirməyə çağırdığını xatırladıb. Oktyabrın 28-də Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərindəki mülki şəxsləri və ticarət obyektlərini beynəlxalq hüquqla qadağan edilmiş kassetli raketlərlə vurması nəticəsində 21 nəfər ölüb, 70-ə yaxın şəxs yaralanıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Oktyabr, 2020 10:40 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli2 Oktyabr, 2023 Prezident İlham Əliyev: Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdik27 Sentyabr, 2023 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |