|
Ceyhun Bayramov İran prezidentinin xüsusi elçisi ilə görüşübAzərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Xarici İşlər nazirinin müavini və İran İslam Respublikasının Prezidentinin xüsusi elçisi Seyid Abbas Əraqçini qəbul edib. Ahlibeyt.az-ın XİN mətbuat xidmətinə istinadən məlumata görə, tərəflər Azərbaycan və İran arasında mövcud yüksək səviyyəli əməkdaşlığı vurğuladılar və gələcəkdə bu münasibətlərin daha da inkişaf edəcəyi ilə bağlı əminlik ifadə ediblər. Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, onun nəticələri və regionda baş verən sonuncu gərginliyi ətraflı şəkildə müzakirə etdilər. C.Bayramov bölgədə son gərginlik, Ermənistan rəhbərliyinin hərbi təxribatları, Ermənistan baş nazirinin bölgədə gərginliyin artması məqsədini güdən və münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirən məsuliyyətsiz bəyanatları və addımları barədə İran Prezidentinin xüsusi elçisinə məlumat verib. Nazir Azərbaycanın Silahlı Qüvvələrinin özünü müdafiə hüququ çərçivəsində və Azərbaycanın mülki əhalisini qorumaq məqsədilə əks həmlə tədbirlərini həyata keçirdiyini bildirib. Nazir xüsusi olaraq vurğulayıb ki, Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozur və Azərbaycan əhalisini məqsədyönlü şəkildə hədəf alır. O, münaqişə zonasından uzaq məsafədə yerləşən Gəncə, Mingəçevir, Bərdə və digər şəhərlərin, uşaq və qadınlar daxil olmaqla günahsız mülki əhalinin Ermənistan silahlı qüvvələri tərəfindən xaincəsinə atəşə tutulduğunu qeyd edib. C.Bayramov Azərbaycan Respublikasının Prezidenti tərəfindən dəfələrlə bildirildiyi kimi, ölkəmizin başlıca məqsədinin xarici silahlı qüvvələrin Azərbaycanın suveren torpaqlarından çıxarılması və Azərbaycanın ərazi bütövlüyünün onun beynəlxalq tanınmış sərhədləri çərçivəsində bərpa edilməsi olduğunu vurğulayıb. A.Əraqçi münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinə dair İranın rəsmi mövqeyini bir daha vurğulayıb. İran Prezidentinin xüsusi elçisi mülki şəxslərin həyatının itirilməsi ilə bağlı başsağlığını ifadə edib. C.Bayramov Azərbaycanın ərazi bütövlüyünə İranın dəstəyi ilə bağlı həmsöhbətinə minnətdarlığını ifadə edib. Görüşdə həmçinin tərəflər qarşılıqlı maraq və narahatlıq doğuran məsələləri müzakirə ediblər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Oktyabr, 2020 15:59 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |