|
Rus məhdəviyyətiTarixən ruslar messianizmə yönəlmiş fikirləri həvəslə qəbul edirdilər və öz hökmdarlarını rus messianizminin bayraqdarı sayırdılar Rusiya messianizmi də xristian köklərinə əsaslanır və bu məsələyə diqqətlə yanaşsaq, Pravoslav kilsəsinin rus hökmdarlarına bu qədər pərəstiş etməsinin səbəblərini anlayarıq. Tarixən ruslar messianizmə yönəlmiş fikirləri həvəslə qəbul edirdilər və öz hökmdarlarını rus messianizminin bayraqdarı sayırdılar. Ancaq rus messianizminin özünəməxsus xüsusiyyətləri var. İlk növbədə rus xalqı İsa Məsih (ə) tək tarixin bütün əzab əziyyətlərini öz üzərinə götürməklə bəşəriyyətə nicat verir. ABŞ-dan fərqli olaraq, Rusiya düzgün yolu göstərən deyil, ibrətdir. Rusiya tarixin müəyyən dövründə zülmə qərq olmaqla bəşəriyyətə praktikada başa salır ki, zülm pisdir, və ya qüdrətli dövlət qurmaqla Allahın kəlamını yer üzərində yayır. Digər cəhətdən tarix boyu Rusiya ümumbəşəri şərlə mübarizədə ilk cərgədə durub. İstər monqolların hücumu, istər Napoleonun və ya Hitlerin yürüşü zamanı Rusiya mübarizəyə başçılıq etmiş, rus xalqı isə digər xalqları təcavüzdən xilas etmək üçün müharibələrin ağırlığını öz üzərinə götürüb. Elə buna görə də, müasir dövrdə, Rusiya İkinci dünya müharibəsində öz rolunu qabarıq şəkildə büruzə verir, onun bu qələbədəki xidmətinə kölgə salmaq istəyənlərə qarşı isə kəskin mübarizə aparır. Bu baxımdan Rus pravoslav kilsəsi Rus çarlarını (indi isə prezidentlərini) Allahın yer üzərinə göndərdikləri adil hakimlər, İsa Məsih (ə) kilsəsinin müdafiəçisi kimi qələmə verir. Hətta bütün xristianlara aid olunan “Allahın qulu” kəlməsi rus hökmdarlarına nisbətdə istifadə olunmur, çünki onlar “qul” anlayışının fövqündədirlər. Rus xalqının aliliyi və seçilmiş olmasının digər göstəricisi isə kilsənin bütün ölkələr içərisində yalnız Rusiyaya müqəddəs deməsidir. Bu da bir növ Rusiyanın Bizans imperiyasının varisi olmasına işarədir. Vaxtı ilə pravoslav kilsəsinin mərkəzi olan Bizansın süqutu ilə pravoslavların himayəsi Rusiyanın öhdəliyinə düşür. Elə bu səbəbdən tarix boyu Rusiya İstanbulu Osmanlının əlindən almaq istəyib, Rusiyanın messianizmindən qorxan Avropa ölkələri isə buna mane olublar. Burada marksizm-leninizm ideyalarına da toxunmaq yerinə düşərdi. Əslində kommunistlərin hakimiyyəti altında olan Rusiya heç də məhdəviyyət amallarından uzaq düşməmişdi. Kommunistlərin əqidəsinə görə, bəşəriyyət müəyyən ictimai-siyasi formasiyalardan ibarət tarixi mərhələlərdən keçərək kommunizmə çatacaqlar. Bu işdə isə əsas vəzifə proletariatın, yəni miskinlərin, fəhlələrin üzərinə düşür. Daim zülm altında yaşayan proletariat quldarların, feodalların və kapitalistlərin hökmranlıqlarını gördükdən sonra öz hakimiyyətini yer üzündə bərqərar edəcəklər. Lenin inanırdı ki, bütün dünya sosialist inqilablarına məruz qalacaq və ümüumbəşəri sosializm qurulacaq. Sosializmin kamil nöqtəsi isə kommunizmdir - proletariatın diktaturası. Belə bir cəmiyyətdə heç kəs heç kimi istismar etməyəcək, hamı bərabər olacaq, özəl əmlak anlayışı aradan gedəcək, bütün əmlak ümumi olacaq, individualizm təfəkkürü isə kollettivizm təfəkkürü ilə əvəz olunacaq. Bir növ insan fərdiyyətini əldən verib sırf ictimai varlığa çeviriləcək, “mən” anlayışının yerini “biz” məfhumu tutacaq. Bu əqidədə, göründüyü kimi, messiya qismində məhrum təbəqə çıxış edir. Sovet dövrünün “Kommunizmə doğru irəliləyirik!” şüarları indi gülünc səslənsə də, bu əqidənin bəzi müddəaları müasir Avropa və Latın Amerikası dövlətlərində olduqca məhşurdur. Sosialist partiyalarının Avropa ölkələrində populyarlığı, İsveç kimi bir ölkənin sosialist model üzrə inkişaf etməsi, bir sıra Avropa və Latın Amerikası ölkələrində sosialistlərin mütəmadi olaraq haklimiyyətə gəlməsi marksizm təlimlərinin tam aradan getmədiyini göstərir. Əksinə liberal-demokratiya bir çox yerdə dalana girdiyi zaman sosializm ona alternativ yol kimi təqdim olunur. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Dekabr, 2009 00:17 ⁄ Çap
Bu bölmədə25 Fevral, 2024 Bu gün İmam Zamanın (ə.f) mübarək mövlud günüdür8 Mart, 2023 İmamın intizarının dəyəri haqqında24 Aprel, 2019 Zühurun intizarında olan şəxsin məqamı6 Mart, 2019 İmam Zamanın (ə) zühurunu Allahdan diləyin... |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |