|
Müdafiə Nazirliyi və Respublika Baş Prokurorluğu tərəfindən vətəndaşlara - Xəbərdarlıq
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi vətəndaşlara sosial şəbəkələrdə hərbi sirrləri paylaşmamaqla bağlı növbəti dəfə müraciət edib Ahlibeyt.az xəbər verir ki, Müdafiə Nazirliyi “Hər sirri paylaşma”, "Düşmən hər şeyi görür", "Çəkmə, paylaşma", "Hərbi sirri paylaşma, "Sakit dur" çağırışları ilə vətəndaşlardan ayıq-sayıq olmağı xahiş edib. Həmçinin Azərbaycan Respublikası Baş Prokurorluğu ölkəmizdə olan müharibə vəziyyətini nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələrinə müraciət ünvanlaıb. Müraciətdə bildirilir ki, vətəndaşlarımız Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar və ön xətdəki yerdəyişmələr barədə Müdafiə Nazirliyi tərəfindən gün ərzində mütəmadi olaraq rəsmi qaydada məlumatlandırılır. Lakin, bəzi sosial şəbəkə istifadəçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri tərəfindən Azərbaycan Ordusunun bir sıra yaşayış məntəqələrini işğaldan azad etməsinə və digər əməliyyatlarına dair video, foto və informasiyaların yayılması, eləcə də döyüş əməliyyatlarının aparıldığı istiqamət və cari vəziyyətlə bağlı müxtəlif şəxsi fikirlərin paylaşılaraq hadisələri qabaqlamağa çalışma cəhdləri müşahidə olunur. Bu tipli hərəkətlər düşmənin informasiya əldə etməsinə şərait yaratmaqla yanaşı, hərbçilərimizin həyati təhlükəsinə səbəb olmaqdadır. Azərbaycan Respublikası Baş Prokurorluğu ölkəmizdə olan müharibə vəziyyətini nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələrini bu tipli hərəkətlərə yol verməməyə çağırır. Nəzərə çatdırılb ki, bu kimi hərəkətlər qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Qeyd edək ki, son günlər sosial şəbəkələrdə düşmənə hərbi sirrin ötürülməsi üçün fakt ola biləcək bir sıra fotolar, videogörüntülər paylaşılır. Bəzi istifadəçilər hərbi texnikanın, cəbhəyanı ərazilərin, hərbi qulluqçuların foto və videogörüntülərini paylaşırlar.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Oktyabr, 2020 09:52 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |