|
|
Hikmət Hacıyev: “Ermənistanın müharibə cinayətləri törətmiş rəhbərliyini bir daha xəbərdar edirik”"Xankəndinin bombalanması barədə Ermənistan tərəfinin iddiaları yalandır və böhtandır. Ermənistanın bu kimi yalanları Xankəndidə olan beynəlxalq jurnalistlər tərəfindən də ifşa olunur". Ahlibeyt.az-ın xəbərinə görə, bunu APA-ya açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib. O bildirib ki, hazırda Ermənistan və kriminal xuntanın nümayəndələri tərəfindən Azərbaycanın şəhərlərinin vurulması barədə iddialar səslənir: "Bu döyüş meydanında Ermənistanın məğlubiyyəti və acizliyinin göstəricisidir. Gəncə şəhərinə atdıqları raketdən sonra döyüş meydanında Ermənistan silahlı qüvvələrinə vurulmuş zərbədən hələ özlərinə gələ bilməyiblər". H. Hacıyev bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən bəyan edildiyi kimi əgər onlar bir daha Azərbaycan şəhərlərinə raketlə hücum etməyə cürət edərlərsə, onlara döyüş meydanında daha da sərt şəkildə cavab veriləcəkdir.: "Bu xüsusda, Ermənistanın müharibə cinayətləri törətmiş rəhbərliyini bir daha xəbərdar edirik".
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Oktyabr, 2020 08:14 ⁄ Çap
Bu bölmədə20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür |
Xəbər lenti
18 Fevral, 2026 19:17
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |