|
|
Şuşanın qərargah bayrağı Masallıdadır - VideoVaxtilə Şuşa şəhərinin qərargahında saxlanılan bayraq hazırda Masallı rayonunda qorunur. Ahlibeyt.az-ın məlumatına görə, “Report”un Cənub Mərkəzinin verdiyi xəbərə əsasən, Şuşa şəhərindən gətirilən, 1-ci Qarabağ Müharibəsinin şanlı yadigarı olan bu bayraq 20 il əvvəl Masallı rayonunun Xırmandalı kəndinə gətirilib. Bayraq kənd sakini Əmirəli Yaqubova dostu tərəfindən hədiyyə olunub və onun yaratdığı muzeydə qorunan 800-ə yaxın eksponatlar sırasında ən qürurvericisidir. Xırmandalı kənd sakini Əmirəli Yaqubov Xırmandalı Kənd Yaradıcılıq Evinin bədii rəhbəridir. Ə.Yaqubovun yaratdığı muzeydəki fotostendlərdə Böyük Vətən Müharibəsində həyatını itirən, eyni zamanda 1-ci Qarabağ Müharibəsi zamanı şəhid olanlar haqqında məlumatlar və onların medalları var. Ə.Yaqubovun sözlərinə görə, dostu tərəfindən verilən bu bayrağı Şuşada dalğalandırmaq onun yeganə arzusudur. Qeyd edək ki, 1992-ci ildə Şuşa şəhəri işğal edilərkən ermənilərin əlinə keçməsin deyə zabitimizin qoruyub saxladığı bu şanlı bayraq indi də çağırışçılar və könüllü olaraq cəbhəyə döyüşməyə gedənlərin ziyarət etdikləri məkandır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Oktyabr, 2020 11:42 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |