|
Ermənistanın yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində 37 məktəb dağılıbSentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində 37 məktəb dağılıb. Ahlibeyt.az-ın məlumatına görə, Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Tərtərdə 12, Ağdamda 11, Gəncədə 5, Füzulidə 4, Goranboyda 3, Bərdə və Ağcabədidə isə bir məktəb dağıntılara məruz qalıb. Xatırladaq ki, mülki əhalinin atəşə tutulması nəticəsində 3 məktəbli həlak olub. Naftalan şəhərində həlak olan 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin 7-ci və onun əmisi qızı, 2006-cı il təvəllüdlü Fidan Qurbanova isə həmin məktəbin 9-cu sinif şagirdidir. Ağcabədi rayonunun R.Quliyev adına Taynaq kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Fərid İsgəndərov da düşmən təxribatının qurbanı olub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Oktyabr, 2020 13:15 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |