|
|
Müdafiə Nazirliyi Hadrutun bir neçə gün əvvəl işğaldan azad olunduğunu bir daha bəyan edibAzərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi riayət edir. Ahlibeyt.az-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. Bildirilib ki, Ermənistan tərəfinin guya Azərbaycan Ordusunun Hadruta daxil olmaq məqsədilə bu istiqamətdə xeyli sayda qüvvə cəmləşdirməsi və gərgin döyüşlərin getməsi barədə yaydığı məlumat açıq-aydın dezinformasiyadır. "Bildiririk ki, Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi riayət edir və heç bir aktiv döyüş fəaliyyəti həyata keçirmir", - deyə məlumatda qeyd olunub. Müdafiə Nazirliyi bir daha qeyd edib ki, Hadrut artıq bir neçə gün bundan əvvəl Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Oktyabr, 2020 13:57 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |