|
|
Ermənistanın Gəncəyə raket hücumu nəticəsində ölənlərin sayı 8-ə çatıb - VİDEOHumanitar atəşkəs haqqında razılaşmanın qüvvəyə minməsindən cəmi 14 saat sonra Azərbaycanın ikinci şəhəri olan Gəncə Ermənistan silahlı qüvvələrinin raket atəşinə məruz qaldı. Ahlibeyt.az-ın realtv-yə istinadən məlumatına görə, bu dəfə raket zərbəsi şəhərin mərkəzi prospektlərində birində üç yaşayış binasının yerləşdiyi əraziyə endirildi. Binalardan ikisi qismən, mərminin çox yaxınına düşdüyü bina isə tam dağılıb. “İndiyə olan məlumata görə, qadınlar da daxil olmaqla 7 + mülki şəxs öldürülüb”. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb. O bildirib ki, gecə yarısı Gəncə şəhəri Ermənistanın raket hücumuna məruz qalıb: “3 yaşayış binası dağıdılıb. İndiyə olan məlumata görə, qadınlar da daxil olmaqla 7-dən çox mülki şəxs öldürülüb. 33 uşaq ağır yaralanıb. Ermənistan azərbaycanlı mülki insanlara hücum etmək üçün humanitar atəşkəsin arxasında gizlənir”. Qeyd edək ki, Oktyabrın 9-da Moskvada xarici işlər nazirləri arasında humanitar atəşkəs barədə razılıq əldə olunsa da, Ermənistan tərəfi razılaşmaya elə atəşkəsin qüvvəyə mindiyi ilk dəqiqələrdən müxtəlif istiqamətlərdə pozmağa başlayıb. İşğaldan azad edilmiş Hadrut istiqamətində uğursuz hücumdan sonra Ermənistan yenidən mülki əhalini hədəfə alıb və Azərbaycanın ikinci böyük şəhərinə zərbə endirməklə humanitar atəşkəsi qeyri-humanist addımla kobud şəkildə pozmuş olub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Oktyabr, 2020 11:19 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |