|
Prezident: “Hadrut qəsəbəsi və bir neçə kənd işğaldan azad edilib”“Hadrut qəsəbəsi və bir sıra kəndlərin işğaldan azad edilməsi tarixi qələbədir”. Ahlibeyt.az-ın məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bildirib. Azərbaycan Ordusunun Hadrud qəsəbəsi ilə yanaşı, işğaldan azad etdiyi kəndlərin adı açıqlanıb. Prezident İlham Əliyev xalqa müraciətində bildirib ki, Hadrut qəsəbəsi ilə yanaşı, Çaylı kəndi, Yuxarı Güzdək kəndi, Gorazili kəndi, Qışlaq kəndi, Qaracallı kəndi, Əfəndilər kəndi, Sur kəndi və Süleymanlı kəndi işğaldan azad edilib. Dövlət başçısı deyib ki, Azərbaycan işğal altındakı torpaqları işğaldan azad edir: “Demək olar ki, hər gün cəbhədən xoş xəbərlər gəlir, hər gün əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirir. Eyni zamanda strateji yüksəklikləri götürərək, daha əlverişli mövqelərə sahib olurlar. Beləliklə, əməliyyat planı tam icra edilir. Əməliyyat planı müasir döyüş prinsiplərinə əsaslanır. Azərbaycan Ordusu həm maddi-texniki təchizat, eyni zamanda döyüş hazırlığı baxımından bu gün döyüş meydanında tam üstünlüyə malikdir”. Ali Baş Komandan qeyd edib ki, bu gün aparılan döyüşlərdə düşmənin hərbi texnikası böyük dərəcədə məhv edilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Oktyabr, 2020 18:06 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |