|
|
Prezident Cəbrayıl şəhəri və rayonunun işğaldan azad olunmuş doqquz kəndinin adını açıqladıAzərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl rayonu ərazisində işğaldan azad edilmiş yeni yaşayış məntəqələrinin siyahısını da açıqlayıb. Ahlibeyt.az-ın məlumatına görə, dövlət başçısı bu gün xalqa müraciətində bəyan edib ki, Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Decal kəndlərini işğaldan azad edib. Həmçinin prezident İlham Əliyev Cəbrəyıl şəhəri və ətraf kəndlərin azad olunması ilə bağlı özünün rəsmi twitter səhifəsindən paylaşım edərək Azərbaycan xalqını təbrik etmişdir: "Bu gün Azərbaycan ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!" Qeyd edək ki,Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də işğal olunub. Torpaqlarımızın azad olunması uğrunda başladılan hərbi əməliyyatlara qədər onlardan yalnız Cərrayıl rayonu kəndlərindən biri - Cocuq Mərcanlı Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında olmuşdur.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Oktyabr, 2020 20:38 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |