|
|
“Heydər” məscidində futbol görüntüləri ilə paylaşılan çəkilişin əsli müəyyən olundu - Video“TikTOK sosial şəbəkəsində bir qrup gəncin Heydər məscidində guya futbol oynamasını əks etdirən videogörüntü yayılıb. Ahlibeyt.az yayılan görüntülərlə bağlı araşdırma aparmış və qeyd olunan videonun Türkiyənin Gazientep bölgəsindəki Hacı Yasin Kaplan Cami'də aparıldığı müəyyən olunub. Videogörüntülər 2019-cu ildə yayımlanıb və çəkilişdə Məscidin adı açıq şəkildə görüntülənib.Məsələ ilə bağlı Türkiyə mətbuatında silsilə açıqlamalar verilib. Qeyd edək ki, Lent.az məsələ ilə bağlı Heydər məscidi ilə əlaqə saxlayıb. Məscidin axundu Hacı Rüfət Qarayev bildirib ki, həmin görüntülərin Heydər məscidi ilə heç bir əlaqəsi yoxdur: “Videoda gördüyünüz görüntü Heydər məscidi adı ilə paylaşılsa da, bura nəinki Heydər məscidi, hətta Azərbaycandakı heç bir məscidə aid deyil. Məscidin kollektivi adından bu kimi addımları pisləyir, Azərbaycan dindarlarının və eyni zamanda dindar olmayan insanlarının da hər zaman məscidlərimizin ehtiramını saxladığını bilirik”. Ahlibeyt.az olaraq yayımlanan hər iki videonu təqdim edirik
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Sentyabr, 2020 12:48 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |