|
İslamşünaslıq ixtisası üzrə qabiliyyət imtahanına start verilibBu gündən Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) üçüncü ixtisas qrupu üzrə bakalavr pilləsinin islamşünaslıq ixtisasına qəbul olunmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı başlayıb. Ahlibeyt.az-ın məlumatına görə, Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) üçüncü ixtisas qrupu üzrə bakalavr pilləsinin İslamşünaslıq ixtisasına qəbul olunmaq istəyən abituriyentlərin 9-16 sentyabr 2020-ci il tarixdə qabiliyyət imtahanı keçiriləcək. Abituriyentlərin dünyagörüşü səviyyəsinin və İslamşünaslıq ixtisasına maraqlarının müəyyənləşdirilməsi məqsədi ilə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Dini-Psixoloji Komissiya (DPK) yaradılıb. Komissiyanın tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər, ekspertlər, psixoloqlar, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan İlahiyyat İnstitutu və DİM-in əməkdaşları daxil ediliblər. Müsahibə zamanı abituriyentlərin ümumi dünyagörüşü və dini bilikləri, İslamşünaslıq ixtisasına uyğunluqları, gələcəkdə din xadimi kimi fəaliyyət göstərməyə münasibətləri, insanlarla ünsiyyət bacarıqları, xitabət və natiqlik qabiliyyətləri qiymətləndiriləcək, psixoloji vəziyyəti, yaradıcı təfəkkür imkanları yoxlanılacaq. Müsahibədən məqbul qiymət almış abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq ixtisasını da seçə biləcəklər. Qeyd edək ki, DİM-in saytında qabiliyyət imtahanı üçün qeydiyyat avqustun 31-dən sentyabr ayının 2-dək aparılıb. Qeydiyyatdan keçən abituriyentlər DİM-in saytında müvafiq pəncərədən istifadə etməklə müsahibəyə lazım olan sənədləri çap edə bilərlər (https://eservices.dim.gov.az/erizebak/dpk/?frm=egov). Məlumatda bildirilir ki, DPK ölkədə koronavirus (COVID-19) pandemiyasının daha geniş yayılmasının qarşısını almaq məqsədilə Operativ Qərargahın tətbiq etdiyi xüsusi karantin rejimi qaydalarına uyğun olaraq fəaliyyət göstərəcək. İştirakçılar müsahibəyə tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxartmaq qadağandır və bütün proses (buraxılış rejimi, müsahibə müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır. Girişdə abituriyentin temperaturu ölçüləcək, əgər yüksək olarsa müsahibəyə buraxılmayacaq. Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: İmtahana buraxılış vərəqəsi Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edilməli və imzalanmalı); Şəxsiyyəti təsdiq edən sənədin əsli İmtahana buraxılış vərəqəsi abituriyentin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə binaya daxil olarkən təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır. Komissiya Bakı şəhəri Əhməd Cəmil, 41/A ünvanında – Bakı Dövlət Universitetinin keçmiş İlahiyyat fakültəsinin inzibati binasında keçiriləcək. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Sentyabr, 2020 10:29 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |