|
Dini məhdəviyyətBütün dinlərdə Qiyamətə kimi xilaskarın gəlib bəşəriyyəti Allah yoluna dəvət edəcəyi, insanları zülmdən qurtarıb ədaləti bərqərar edəcəyi şəxslər barədə danışılır Qeyd olunduğu kimi, məhədviyyət etiqadı bütün dinlərə məxsusdur. İstər İbrahimi dinlər (Yəhudilik, xrsitianlıq və İslam) istərsə də qeyriləri (məslən, buddizm) Qiyamətə kimi xilaskarın gəlib bəşəriyyəti Allah yoluna dəvət edəcəyi, insanları zülmdən qurtarıb ədaləti bərqərar edəcəyi şəxslər barədə danışılır. Dinlərdə məhdəviyyət ideyası barədə təsəvvür yaratmaq üçün yalnız İbrahimi dinlərdən bəhs etməklə kifayətlənmək məcburiyyətindəyik. Yəhudi dininə əsasən, tarixdə iki messiya, yəni məhdi olub ki, Bəni-İsrail qəbiləsinə zülmdən nicat verib və onları “vəd olunmuş torpağ”a (Fələstinə) qaytarıb. Qiyamətə qədər üçüncü messiyanın gəlişi ilə Yəhudilər yenə İsrail dövlətini bütün Fələstin ərazilərində bərqərar edəcək və “seçilmiş millət”i (Yəhudiləri) bəşəriyyət üzərində hakim edəcək. Bəni-İsrailin Allahın digər insanların arasından seçdiyi və üstün qərar verdiyi bir millət olduğuna etiqad bəsləyən yəhudilər həm özlərini bir millət olaraq messiya görürlər, həm də onlara bu şəraiti yaradacaq konkret şəxsin messiya olduğuna inanırlar. Bu baxımdan, yəhudi messiyasi gələndə yəhudilər öz layiqli yerini tutacaq, bütün bəşərə düzgün yaşamağı öyrədəcək, bunula razılaşmayanlar isə məhv ediləcək. Xristianlığa əsasən, İsa Məsih(ə) çarmıxa çəkilib əziyyətlə ölməyi ilə bütün bəşəriyyətin günahını yuyub. Beləliklə də, hər kimin qəlbində İsa Məsihə(ə) qarşı məhəbbət olsa və hər kim İsanın(ə) Allahın oğlu olduğuna iman gətirsə günahlardan azad olmuş olar. İsa(ə) öldü, ancaq onun ikinci qayıdışı gözlənilir. İkinci gəlişə xristianlar “diriliş” deyir və həmin dövrdə İsa(ə) Allahın səltənətini bərqərar etməklə “Yer Üzərində Cənnət” yaradacaq. Ancaq bundan öncə Hz.İsa(ə) Antixristə, yəni bəşəriyyəti zülm altında saxlayan bir şəxs üzərində qələbə çalmalıdır. İslam Peyğəmbəri(s) də də Məhdinin gəlişi barədə xəbər veribdir. Axirəz-zamanda, yəni Qiyamətə yaxın dövrdə Peyğəmbər nəslindən bir şəxs Məkkədə zühur edəcək və bəşəriyyətə zülmdən nicat verəcək. Bütün dünya onun gəlişinə heyran olacaq, onunla birgə qeybdə olan bəzi peyğəmbərlər də zühur edəcək ki, bu da bəşəriyyətin İslama üz tutmasına səbəb olacaq. Bu cür peyğəmbərlərdən biri də Həzrət İsadır(ə). İslam ənənəsində də, Məhdi(ə.f) dünyanı zülmə qərq etmiş Dəccalla savaşacaq. Mehdinin(ə.f) hakim olacağı cəmiyyətdə heç bir məxluqa zülm olunmayacaq, hətta onun hakimiyyətini qəbul etməyən qövmlər əmin-amanlıq içində yaşayacaqlar. Adətən yalnış olaraq məhdəviyyəi yalnız şiəliyə aid edirlər, hərçənd ki, İslam məzhəblərinin hamısı yekdilliklə Məhdinin(ə.f) gəlişinə etiqad bəsləyir. Quran açıqca bəyan edir ki, yer üzü salehlərə miras olaraq qalacaq. Sadəcə, sünnü təriqətləri Məhdinin(ə.f) hələ anadan olacağına, şiələr isə Məhdinin 12-ci imamın(ə.f) timsalında anadan olub və qeybə çəkildiyini bildirirlər. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Dekabr, 2009 23:40 ⁄ Çap
Bu bölmədə25 Fevral, 2024 Bu gün İmam Zamanın (ə.f) mübarək mövlud günüdür8 Mart, 2023 İmamın intizarının dəyəri haqqında24 Aprel, 2019 Zühurun intizarında olan şəxsin məqamı6 Mart, 2019 İmam Zamanın (ə) zühurunu Allahdan diləyin... |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |