|
Aşura günü qanvermə aksiyası keçiriləcəkMəhərrəmlik dövründə Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə təşkil olunan qanvermə aksiyasına qoşulmaq istəyən vətəndaşlar Mərkəzi Qan bankının paytaxtda və bölgələrdəki filiallarında qan verə bilərlər. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, - bu barədə Mərkəzi Qan Bankı məlumat yayıb. Hər il Aşura günü təşkil olunan ənənəvi qanvermə aksiyası bu il məscidlərdə deyil, Mərkəzi Qan bankının paytaxtda və bölgələrdəki filiallarında həyata keçiriləcək Bildirilir ki, bu addım koronavirusla əlaqədar ölkə ərazisindəki bütün məscid və ziyarətgahlarda ibadətlərin müvəqqəti dayandırılması səbəbindən atılıb. Milli Hematologiya və Transfuziologiya mərkəzi qan vermək istəyən vətəndaşlara müraciət edib, qanvermə zamanı sosial məsafə saxlamaq və maskadan istifadənin mütləq olduğunu bildirib. Qan vermək üçün Mərkəzi Qan Bankı və bölmələrinə gələcək vətəndaşların fərdi sağlamlıqlarının qorunması məqsədilə sosial məsafə qaydalarına riayət və qoruyucu tibbi maskalardan istifadə etmək kimi tənzimləmə məsələlərində Milli Hematologiya və Transfuziologiya mərkəzinə Azərbaycan Könüllülü Təşkilatları İttifaqı də yardımçı olacaq. Qeyd edək ki, bu il Aşura günü avqustun 30-na təsadüf edir.
Mərkəzi Qan Bankı bölmələrinin ünvanları: Mərkəzi Qan Bankı (Bakı şəh) - Mirəli Qaşqay küç 87. Tel: 907 Şirvan bölgə bölməsi: Heydər Əliyev pr.16. Şirvan şəhər Mərkəzi Xəstəxanası. Lənkəran bölgə bölməsi: Lənkəran şəhəri Quba bölgə bölməsi: Quba Qan bankı Fətəli Xan küç 10. Tibb Kollecinin binası. Sumqayıt bölgə bölməsi: M. Hüseynzadə pr. Təcili Tibbi Yardım Xəstəxanası 1-ci korpus, 1-ci mərtəbə. Şəki bölgə bölməsi: Şəki şəh M.Ə.Rəsulzadə 164. Mingəçevir bölgə bölməsi: 20 yanvar küç, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası "C" korpusu. Bərdə bölgə bölməsi: N. Nərimanov küç 2. Gəncə bölgə bölməsi: Gəncə ş. S. Hacıyev küç 2.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Avqust, 2020 12:49 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |