|
|
İlahiyyat İnstitutunda ərəbcə klassik dini mətnləri oxuma kursu fəaliyyətə başlayıbAzərbaycan İlahiyyat İnstitutunda (Aİİ) İslam əqaidi üzrə ərəbcə klassik dini mətnləri oxuma kursu fəaliyyətə başlayıb. Ahlibeyt.az-ın Aİİ mətbuat xidmətinə istinadən məlumatına görə, Aİİ-nin rektoru Aqil Şirinov, kursun dinləyiciləri və müəllimlərin iştirakı ilə onlayn görüş keçirilib. Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov iştirakçıları salamladıqdan sonra, yay mövsümünün pandemiya və xüsusi karantin dövrünə təsadüf etdiyini nəzərə çatdıraraq tələbələr üçün bu müddətdə motivasiya xarakterli təlimlərin, yarış və müsabiqələrin, həmçinin ixtisayönümlü onlayn kursların təşkilinin nəzərdə tutulduğunu vurğulayıb. Rektor tələbələrə bu gündən etibarən başlayan kurslardan yararlanmağı, öz bilik və bacarıqlarını inkişaf etdirmələrini, daim üzərilərində işləmələrini tövsiyə edib. Məlumat üçün bildirək ki, kurslar həftədə 2 dəfə olmaqla “Microsoft Teams” proqramı üzərindən onlayn formada, Aİİ-nin müəllimi fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səmədov və AMEA ak. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun kiçik elmi işçisi, Aİİ-nin əməkdaşı Hilal Ağamoğlanov tərəfindən keçiriləcək. Kurslar yalnız Aİİ tələbələri üçün və ödənişsiz həyata keçirilir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Avqust, 2020 11:17 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |