|
İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinəSabah Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) islamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı üçün qeydiyyatı başlayır. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Aİİ-dən AZƏRTAC-a bildirilib ki, abituriyentlər qabiliyyət imtahanında iştirak üçün avqustun 27-dən 30-dək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçən abituriyentlər test imtahanının nəticələrinə əsasən, müvafiq müsabiqə şərtlərinə (müsabiqəyə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər) uyğun olduqları halda qabiliyyət imtahanına buraxılacaqlar. Xatırladaq ki, Aİİ-də islamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin III ixtisas qrupu imtahanı ilə yanaşı, Dini-Psixoloji Komissiyanın təşkil etdiyi qabiliyyət imtahanından keçmələri də nəzərdə tutulur. Dini-Psixoloji Komissiya Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qabiliyyət imtahanlarını keçirmək məqsədilə yaradılıb. Komissiya ilahiyyat sahəsi üzrə mütəxəssislər, psixoloqlar və DİM-in əməkdaşlarından ibarət olur. Qabiliyyət imtahanı zamanı abituriyentlərin ümumi bilikləri, dini təsəvvürləri, psixoloji vəziyyəti, yaradıcı təfəkkür imkanları müsahibə əsasında müəyyənləşdirilir. Qabiliyyət imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul” qiymətləndirilir. “Məqbul” qiymət alan abituriyentlər DİM tərəfindən keçirilən müvafiq ixtisas seçimində iştirak edə bilərlər. İmtahandan “məqbul” qiymət almış abituriyentlər DİM-in müəyyənləşdirdiyi vaxtda ixtisas seçərək ərizələrini təsdiq etməlidirlər. Əks halda, onlar müsabiqəyə buraxılmayacaq. Qabiliyyət imtahanında abituriyentlərin aşağıda qeyd olunan sahələr üzrə bilikləri qiymətləndiriləcək: - Dünyagörüşü və dini bilikləri (dinlər, habelə İslam dini barədə bilikləri, Azərbaycanın və dünyanın mövcud dini mənzərəsi haqqında məlumatlılığı, dini radikalizm, dini fanatizm və dini ekstremizmə dair bilikləri); - Dini baxışlar və dünyəvilik anlayışı (ümumi dünyagörüşündə dinin yeri və rolu, milli-mənəvi, habelə dini dəyərlərə baxışı, müasir cəmiyyətdə dinin yeri və roluna münasibəti); - Psixoloji parametrlərin islamşünaslıq ixtisasına uyğunluğu (gələcəkdə din xadimi kimi fəaliyyət göstərməyə münasibəti, dövlətçilik və vətənpərvərlik mövqeyi, insanlarla ünsiyyət bacarığı, xitabət və natiqlik qabiliyyəti); - Tolerantlıq və multikulturalizm təsəvvürləri (məsələn, dini müxtəlifliyə münasibəti, davranışlarının tolerantlıq və multikulturalizm anlayışlarına uyğunluğu).
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Avqust, 2020 12:45 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |