إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İnsanların bu il Aşura gününü evlərində keçirməyi məqsədəuyğundur - İlahiyyatçı

Məlum olduğu kimi, Məhərrəmlik ayı başlayıb. Avqust ayının 30-da isə Aşura mərasimi keçiriləcək. Hazırda bütün dünyada tüğyan edən koronavirus pandemiya ilə əlaqədar olaraq Azərbaycan da daxil olmaqla, əksər ölkələrdə insanların kütləvi toplanmasına qadağalar tətbiq olunub. Bu səbəbdən də bu il məscidlərdə  Aşura məclisləri təşkil olunmayacaq. İnsanlar bu il Aşura gününü öz evlərində keçirəcək və ailələri ilə birlikdə dualar oxuyacaqlar.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Xaçmaz məscidinin imamı, ilahiyyatçı Zaur Məmmədov vurğulayıb ki, cari il analoji tədbirlər bir çox islam ölkələri, o cümlədən qonşu İranda da həyata keçirilir.

“İslam məntiq və elmə əsaslanan bir dindir. Məntiqdən və elmdən kənar heç bir hal ola bilməz. İslam bütün məsələlərdə mütəxəssislərə müraciət edir. Misal üçün oruc tutmaq islamda vacib əməllərdən biridir. Səhhətində problem olan şəxslər oruc tutmamışdan öncə səhhətinin buna imkan verib-verməməyi ilə bağlı mütəxəssisə müraciət edir.

Əgər söhbət virusdan gedirsə, ilahiyyatçı və din məsələləri üzrə ekspertlər bu sahə üzrə mütəxəssislərin rəyini nəzərə almalıdırlar. Epidemioloqlar və virusoloq həkimlər, heç bir təhlükənin olmadığını və Aşura məclislərinin keçirilməsinin mümkünlüyünü bildirsələr, biz bunu reallaşdırarıq. Problem bir faiz olsa belə və təhlükəsizik təmin olunmalıdırsa, biz birmənalı olaraq həmin mütəxəssislərin sözünə tabe olmalıyıq, çünki islamın həqiqəti budur. Hazırkı vəziyyətlə bağlı bəzi məhdudiyyətlər qoyulub, hətta qadağalar da var. Düşünürəm ki, bu il biz mütəxəssislərin sözünə qulaq asıb öz xalqımızı təhlükəsizliyi, insanlarımızın sağlamlığı  naminə həmin mütəxəsislərin sözü ilə hərəkət etməliyik.

İndi internet əsrdir və  ilahiyyatçıların bəzi dini ayinləri online şəkildə həyata keçirməyinə hər cür şərait ver. Bu səbəbdən də Aşura günü xütbələr onlayn oxunacaq”, - deyə Z.Məmmədov bildirib".

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Avqust, 2020  13:40 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!