إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Gəncədə “Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksi bərpadan sonra istifadəyə verilib (VİDEO-FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncədə “Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksinin bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak ediblər.

Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma kompleksdə yaradılan şərait barədə məlumat verildi.

Bildirildi ki, Gəncənin şəhər kimi inkişafı Böyük Şah Abbasın adı ilə bağlıdır. Şəhərin tarixən formalaşmış mərkəzi hissəsi gəncəlilər tərəfindən “Şah Abbas meydanı” adlandırılan bazar meydanı olub. Özünəməxsus memarlıq elementlərinə görə Gəncənin baş meydanı Azərbaycanın əksər şəhərlərindəki bazar meydanlarından seçilib. Bu meydan XVII əsrdə böyüklüyünə görə yalnız Təbrizin bazar meydanından geri qalırmış. Ehtimal olunur ki, bazar meydanının ətrafında “Şah Abbas” karvansarası 1663-1664-cü illərdə Gəncə bəylərbəyi olmuş Murtuza Qulu xan Ziyad oğlunun qardaşı oğlu Uğurlu xanın vəsaiti ilə memar Şeyx Bahəddin Məhəmməd Amilinin planı üzrə tikilmiş və xan nəslinə məxsus olmuşdur. Karvansara dövrünün əzəmətli tikililərindən olduğundan Uğurlu xan ona böyük hökmdar Şah Abbasın adını verib.

Eyni dövrdə tikilmiş nisbətən kiçik həcmli karvansara isə əhali arasında “Uğurlu Xan” karvansarası adlandırılmışdır. XIX əsrin birinci yarısında Rusiya-İran müharibəsindən sonra Azərbaycanın şimal hissəsinin böyük şəhərlərində rus hərbi qarnizonları yerləşdirilmiş və rus qoşunları tərəfindən bütün xan mülkü kimi karvansaralar da müsadirə edilmişdir. Bu və digər səbəblərdən abidə öz görkəmini itirmişdi. Prezident İlham Əliyevin müvafiq göstərişlərinə əsasən “Şah Abbas” karvansarası əsaslı şəkildə əvvəlki görkəminə uyğun və müasir infrastrukturla təmin edilməklə yenidən bərpa olunub, ətraf ərazi abadlaşdırılıb.

 

1

">

1

1

1

1

1

1

1

 

 

 

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 İyun, 2020  10:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!