إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İlin ilk Günəş tutulması başlayıb - Ayət namazının qılınma qaydası

Azərbaycan ərazisi üçün saat 08:47-də başlayıb saat 11:05-də sona çatacaq və bu proses 2 saat 18 dəqiqə davam edəcək.

Ahlibeyt.az-ın Şamaxı Astrofizika Rəsədxanasının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Günəş tutulması Afrika, cənub-şərqi Avropa və Asiyada müşahidə olunacaq. Tutulmanın həlqəvari fazasını isə Mərkəzi Afrika Respublikası, Konqo və Efiopiya da daxil olmaqla Afrikanın bir hissəsindən, Cənubi Pakistan, şimali Hindistan və Çindən müşahidə etmək mümkün olacaq. Bu ölkələrin sakinləri tutulmanın maksimum fazasında tutulma ətrafında xarakterik yanar həlqə görəcəklər.

Tutulma hadisəsi saat 07:46-da başlayacaq və saat 13:34-də sona çatacaq. Tutulmanın maksimumu saat 10:41-də olacaq. Bu təbiət hadisəsi 5 saat 48 dəqiqə davam edəcək.

Azərbaycan ərazisində isə Günəş tutulması qismən müşahidə olunacaq. Tutulma Azərbaycan ərazisi üçün saat 08:47-də başlayıb saat 11:05-də sona çatacaq və bu proses 2 saat 18 dəqiqə davam edəcək.

Ay tutulması müşahidə vaxtı saat azərbaycan üfüqünə uyğun olaraq saat 08:47-dən - 11:05-ə qədər(gün çıxana qədər) vacib nyyəti ilə ayət namazı qılınmalıdır.Bu vaxt ərzində qılınmadıqda qəza niyyəti ilə yerinə yetirilməlidir.

Ayət namazının qılınma qaydası

Аyәt nаmаzı iki rәkәtdir vә hәr rәkәtindә bеş rüku vаrdır.Niyyәtdәn sоnrа tәkbir(Allahu Əkbər) dеyib bir Hәmd vә bir Surәni tаm охumаlı, rükuyа gеtmәli, rükudаn qаlxıb yеnә dә bir Hәmd vә bir Surә охumаlı, sоnrа rükuyа gеtmәlidir. Bеlәliklә bu bеş dәfә tәkrаr еtmәlidir. Bеşinci rükudаn qаlхdıqdаn sоnrа iki sәcdә еtmәli, аyаğа qаlхıb ikinci rәkәti dә еynilә birinci rәkәt kimi yеrinә yеtirmәli, tәşәhhüd vә sаlаmı dеyib nаmаzı bitirməlidir.

Qeyd edək ki, "Ayət namazı"nın digər qaydaları da mövcuddur ki,onlar barədə məlumat almaq istəyənlər bu barədə qeyd olunan digər mənbələrə müraciət edə bilərlər.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 İyun, 2020  10:28 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!