|
|
DİN KİV və sosial şəbəkə istifadəçilərinə müraciət edibDaxili İşlər Nazirliyi (DİN) Kütləvi İnformasiya Vasitələrinə və sosial şəbəkə istifadəçilərinə müraciət edib. Ahlibeyt.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov mətbuata açıqlamasında bildirib ki, KİV nümayəndələrindən və sosial şəbəkə istifadəçilərindən daxili işlər orqanları əməkdaşlarının, o cümlədən Daxili Qoşunların hərbi qulluqçularının xidməti fəaliyyətinə dair qeyri rəsmi mənbələrdən əldə etdikləri məlumatları, anonim çəkilmiş foto-video görüntüləri Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti ilə dəqiqləşdirmələri xahiş olunur: "Hesab edirəm ki, razılaşdırılmış, rəsmi münasibət bildirilmiş məlumatların, foto-videoların çapı KİV ilə DİN-in Mətbuat Xidməti arasında olan işgüzar əlaqələrin inkişafı, eləcə də ictimaiyyət üçün daha faydalı ola bilər. Əminəm ki, hörmətli media nümayəndələri və sosial şəbəkələrdə aktiv olan vətəndaşlarımız mənim bu müraciətimi anlayışla qarşılayacaqlar”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 May, 2020 17:45 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |