|
QMİ sədri ölkəmizdəki dini konfessiya rəhbərlərini iftar süfrəsinə dəvət edibQafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 13 may tarixində KAICIID Beynəlxalq Dialoq Mərkəzinin Direktorlar Şurasının videokonfrans formatında keçirilən onlayn sessiyasında iclasında iştirak etdi. Ahlibeyt.az-ın QMİ mətbuat xidmətinə istinadən məlumatına görə, dünyanın ən nüfuzlu beynəlxalq hökumətlərarası təşkilatlarından olan KAICIID-in 9 nəfərlik Direktorlar Şurasında yer alan yeganə müsəlman dini lider Şeyxülislam Allahşükür Paşazadə videoiclasda Azərbaycan, Qafqaz müsəlmanlarının səmimi salamlarını, dövlət başçımızın xeyir-dualarını iştirakçıların diqqətinə çatdırdı. KAICIID Təşkilatının Baş Katibi d-r Feysal bin Müəmmar videokonfransın gedişində pandemiya səbəbindən öncədən nəzərdə tutulan görüşlərin müvəqqəti təxirə salındığını, lakin proqram üzrə layihə və təşəbbüslərin həyata keçirilməsi yönündə səylərin davam etdirildiyini vurğuladı. Tədbirin gedişində bir sıra önəmli məsələlər, o cümlədən mərkəzin idarəetmə sistemi ilə bağlı, KAICIID-in inkişaf strategiyası ətrafında müzakirələr aparıldı. Toplantının proqramına dinlərarası dialoqa dair beynəlxalq dövlətlərarası koordinasiya məsələləri, həmçinin, G20 çərçivəsində Dinlərarası Forumun inkişaf perspektivləri kimi əhəmiyyətli məsələlər daxil idi. Ümumi rəy bundan ibarət oldu ki, videokonfrans müvəqqəti format kimi qənaətbəxşdir, lakin şərait imkan verən kimi canlı ünsiyyət şəraitində toplaşmaq məqsədəuyğundur. Şeyxülislam A. Paşazadə ilə bərabər Direktorlar Şurasında təmsil olunan Vatikanın Dinlərarası dialoq üzrə Pontifik şurasının prezidenti Kardinal Migel Ayuso, Ekumenik Patriarxatının Ekzarxı Mitropolit Emmanuel, Kenterberi Arxiyepiskopunun Dinlərarası məsələlər üzrə katibi, İngilis kilsəsinin Dinlərarası məsələlər üzrə məsləhətçisi Riçard Sudvort, Amerika Yəhudi Komitəsinin Dinlərarası məsələlər üzrə beynəlxalq direktoru Baş Ravvin David Rosen, Shanti Ashram təşkilatının direktoru dr. Kezevino Aram, habelə Beynəlxalq Mərkəzin məsul əməkdaşları videokonfransda iştirak etdilər. Onlayn sessiya məhsuldar keçdi. QMİ sədri Şeyxülislam A. Paşazadə videokonfrans iştirakçılarına məlumat verdi ki, Ramazan ayının sabahkı günü((14 may) Azərbaycandakı dini konfessiyaların başçıları həmrəylik nümayiş etdirərək oruc tutub İftar süfrəsinə təşrif buyuracaqlar. Bu məclisdə birgə dualar ediləcək, Uca Yaradandan Vətənimiz və bütün dünyanın salamatlığı, ümumi bəladan xilas olmamız üçün ümumi istəklərimiz dilə gətiriləcək, Xaliqimizə xoş gedən dinlərarası dialoq və konfessiyalararası mənəvi harmoniya bariz nümayiş etdiriləcəkdir. Videokonfransa rəhbərlik edən Mitropolit Emmanuel bu təşəbbüsü yuksək dəyərləndirdi və Şeyxülislam A. Paşazadədən xahiş etdi ki, sabahkı birgə dua mərasiminin iştirakçılarına KAICIID üzvlərinin salamlarını və ən xoş arzularını yetirsin. Məlumat üçün bildirək ki, KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi Səudiyyə Ərəbistanı, İspaniya, Avstriya tərəfindən təsis olunmuş və Vatikan dövlətinin baş müşahidəçi kimi çıxış etdiyi beynəlxalq hökumətlərarası təşkilatdır. Qərargahı Vyana şəhərində yerləşir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 May, 2020 15:50 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |