|
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin onlayn iclası keçirilibMayın 4-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin onlayn iclası keçirilib. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Parlamentin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Milli Məclis Sədrinin müavini, komitə sədri Fəzail İbrahimli iclası açaraq gündəlik barədə məlumat verib. Komitə sədri bildirib ki, deputatlara təqdim olunmuş “Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Gənclər siyasəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Reklam haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılır. Layihə barədə danışan Fəzail İbrahimli diqqətə çatdırıb ki, adları çəkilən sənədlərə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1524-VQD nömrəli Qanununa uyğunlaşdırma məqsədilə bir sıra düzəlişlər təklif olunur. İclasda iştirak edən komitə üzvləri Sahib Alıyev, Azər Badamov, Sevinc Fətəliyeva, Malik Həsənov, Anar İsgəndərov, Ceyhun Məmmədov, Cavanşir Paşazadə layihə barədə öz fikirlərini açıqlayıblar, dəyişiklikləri məqsədəmüvafiq hesab ediblər. Müzakirələrin sonunda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 May, 2020 14:00 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |