|
Müdafiə naziri döyüş fəaliyyətlərinin aparılmasına hazır olmağı tapşırıbMayın 2-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müdafiə naziri çıxışında vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən vaxtında və effektiv verilən göstərişlər sayəsində koronavirus infeksiyasının ölkəmizin ərazisində geniş yayılmasının qarşısı alınıb. O bildirib ki, həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan Ordusunun şəxsi heyəti və mülki personalı arasında bu infeksiyaya yoluxma halları qeydə alınmayıb. Müdafiə naziri ordu rəhbərliyinin diqqətini son zamanlar düşmənin təxribat hərəkətlərinin aktivləşməsi ilə döyüş fəaliyyətlərinin yenidən başlanması ehtimalının kəskin artmasına yönəldib. Nazir tərəfindən ön xətdə və düşmən müdafiəsinin dərinliyində kəşfiyyatın bütün növlərinin gücləndirilməsi, döyüşə hazırolma planlarının dəqiqləşdirilməsi, qoşunların hərtərəfli təminatı, həmçinin intensiv dərslərin, məşqlərin və təlimlərin keçirilməsinə dair konkret tapşırıqlar verilib. Nazir bütün səviyyələrdən olan komandirlərdən düşmənin müxtəlif təxribatlarının qarşısının alınması, cəbhənin bütün istiqamətlərində onun aktivləşməsinə qətiyyətlə yol verilməməsi və döyüş fəaliyyətlərinin aparılmasına hazır olmalarını tələb edib. Müdafiə naziri faşizm üzərində qələbənin 75-ci ildönümü və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş bayram tədbirlərinin yüksək səviyyədə keçirilməsini tapşırıb. Müşavirənin sonunda Müdafiə naziri silah, hərbi və xüsusi texnikanın yay mövsümündə istismar rejiminə, şəxsi heyətin yay geyim formasına keçirilməsi, eləcə də hərbi qulluqçuların sağlamlığına tibbi nəzarətin gücləndirilməsi və onların təhlükəsizliyinin təmin olunması barədə müvafiq tapşırıqlar verib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 May, 2020 12:26 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |