|
|
Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu ləğv edilməyibAzərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbulu karantin rejiminin tətbiq edilməsi səbəbindən müvəqqəti dayandırılsa da, ləğv edilməyib. Ahlibeyt.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən açıqlanma verilib. Qeyd olunub ki, koronavirus təhlükəsinə görə Həcc ziyarətinin dayandırılması ilə bağlı hələ ki, Səudiyyə Ərəbistanı tərəfindən hər hansı bildiriş gəlməyib. Bildirilib ki, Azərbaycanda karantin rejimi tətbiq olunana qədər 250-dən çox insan Həcc ziyarətinə getmək üçün müraciət edib. Hazırda isə karantin rejimi tətbiq olunduğuna və eyni zamanda rayonlardan Bakıya gəlişin məhdudlaşdırılmasına görə müraciət edənlər yoxdur. Vurğulanıb ki, indidən Həcc ziyarətlərinin təxirə salınıb-salınmayacağı barədə söz demək çətindir. Proseslərin gedişinə uyğun qərar qəbul olunacaq. Qeyd edək ki, ziyarətin qiyməti 4 490 dollar olacaq. Ötən il isə bu məbləğ 4 285 dollar təşkil edib. Bu, otel xidmətlərində olan qiymət artımı və viza rüsumunun tətbiq edilməsi ilə bağlıdır. Həcc ziyarətinə sənəd qəbulu yanvarın 27-də başlayıb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Aprel, 2020 16:30 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |